![]() |
|














Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - FOTOLAR
Tarix 17.04.25, 13:43 |
|

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.
AzFakt.com xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən dövlətimizin başçısı ötən il Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünü və onunla birlikdə ölkələrimizin strateji tərəfdaşlığına dair birgə bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı.
Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığın geniş sahələri - siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər sahələri əhatə etdiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığına toxunaraq, qarşılıqlı dəstəyi qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın "Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğuladı.
"Bir kəmər, bir yol” layihəsinin geniş coğrafiyada ölkələri bir araya gətirərək, əməkdaşlığı təşviq edən layihə olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Çinin bu təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd etdi.
Azərbaycanda bütün zəruri infrastruktur layihələrinin yaradıldığını və bir neçəsinin də icra mərhələsində olduğunu vurğulayan Prezident İlham Əliyev Orta Dəhlizin inkişafı baxımından ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bildirdi.
Səfir Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi.
Lu Mey Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişafının Çin tərəfindən də dəstəkləndiyini dedi. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı. Səfir ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, əlaqələrimizin bundan sonra da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.
Çin-Azərbaycan münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin roluna toxunan Lu Mey Ümummilli Liderin zəngin irsinin əsasında ölkəmizin bu gün uğurla inkişaf etdiyini vurğuladı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olundu, bu yaxınlarda xarici işlər nazirləri səviyyəsində aparılan siyasi məsləhətləşmələr qeyd edildi.
Dövlətimizin başçısı Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini dedi.
Görüşdə ölkəmizin enerji sahəsində Balkan regionu, o cümlədən Sloveniya ilə əməkdaşlığının inkişafına toxunuldu və bu sahədə perspektivlərə dair fikir mübadiləsi aparıldı. İqtisadi-ticari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafının vacibliyi vurğulandı.
Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti qeyd edildi. Bu dəhlizin Avropa ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm nəqliyyat arteriyalarından biri olduğu bildirildi və bunun Sloveniya şirkətləri üçün də əlverişli imkanlar yaratdığı vurğulandı. Bu xüsusda, Azərbaycanın və Sloveniyanın limanları arasında əməkdaşlıq məsələləri müzakirə olundu.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.





Xəbərin oxunma sayı : 1714
Siyasət
Xəbərlər
-
Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO
-
Sabirabadda qohumlar çaqqalların hücumuna məruz qaldı - VİDEO
-
Binədə evlərə elektrik sayğaci quraşdirilib, işiq isə verilmir - VİDEO
-
İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu - Laçın sakini
-
Şimal bölgəsində Qudyalçay ətrafı evlər təhlükə altındadır - VİDEO
-
Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı - 12 milyon manat gəlir
-
Azərbaycan futbolunda ilk: Kişilərin komandasında qadın məşqçi
-
“Şəbnəmin hansı “keyfiyyətli“ işindən danışırsınız?“ - VİDEO
-
PKK-nın silahı yerə qoyması dönüş nöqtəsi olacaq - Ömər Çelik
-
Müharibədən xatirə kimi gətirdiyi bıçaqla adam öldürdü - Namus cinayətinin TƏFƏRRÜATI
-
“İnsanlar öz təhlükəsizlikləri üçün köçəcəklər” - Netanyahu
-
“Səhərə qədər meşədə qaldım” - İtkin düşən şəhid atası
-
Ailəli kişi sevgilisini dağa aparan zaman qəzaya düşdü - Özü öldü, qadın yaralandı
-
Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb - 2,1 milyard
-
Ərdoğan Trampı Türkiyəyə dəvət etdi - Telefon danışığı
-
Nöqsana görə vəzifədən azad edilən rəis daha yüksək vəzifəyə gətirildi - “Azərişıq“da maraqlı təyinat
-
Xarici şirkətin Azərbaycandakı filial direktoru həbs edilib - Dələduzluğa görə
-
Maştağada qadın öldürüldü - Qayınatası saxlanıldı
-
Ən çox baxılan Azərbaycan filmi hansıdır? - SİYAHI
-
“Bank kartı olan hərkəs hədəfdədir...” - “Problem daha da dərinləşəcək”
-
Səs-küylü işdə hökm oxundu - Talassemiyalı xəstələrin pulunu mənimsəmişdilər
-
Mehriban Əliyeva Mərakeş Şahzadəsi ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İtkin düşən şəhid atası tapıldı - FOTO
-
Krımda parad olmayacaq - Ukraynanın hücumundan qorxurlar
-
Nəsirov Badamovun Moskvada saxlanılmasından danışdı - “İki nəfər yaxınlaşdı ki...”
-
Beyləqanda növbəti ağacəkmə aksiyası - Fotolar
-
Avropa Rusiya qazının idxalını tam qadağan etməyi planlaşdırır - “Bloomberg”
-
Maşınından və evindən silah tapılan həkim həbs edilib - İşini də itirib
-
Leysan yağacaq, dolu düşəcək… – Xəbərdarlıq
-
Sarkisyan və Akopyanın bu əməllərini fşa edən material nümayiş olundu - MƏHKƏMƏ
-
“Porsche“ni sərxoş vəziyyətdə sürən qadın ayıq sürücü də sifariş veribmiş...
-
Dövlət büdcəsinin gəlirləri 14 mlrd. manata çatır - Rəsmi
-
Bakıda qəbir dələduzluğu: 650 manat aldı, amma...
-
Hərbi Dəniz Qüvvələri döyüş atışlı taktiki təlimdə - VİDEO
-
Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə
-
BP rəqib şirkətə satıla bilər - “Əgər bu birləşmə baş tutarsa...”
-
Ankarada FETÖ əməliyyatı: Onlarla dövlət qulluqçusu saxlanıldı
-
Prezident məscidin təmirinə 600 min manat ayırdı - Sərəncam
-
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
-
Qadağan edilmiş yerdən yolu keçməyin nəticələri - Video
-
Putinin Kremlindəki mətbəxindən görüntülər yayımlandı - VİDEO
-
Azərbaycanda məhkəmə sədri özü barəsində qərar qəbul etdi
-
Ötən həftə 18 azyaşlı xilas edilib - VİDEO
-
Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
-
“Dərman vasitələrinin ekspertiza müddəti azaldılıb“ - Nazir
-
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
-
Şəhid atası meşədə itkin düşdü - FOTO
-
Tramp Qrenlandiyaya qoşun göndərə biləcəyini deyib
-
15 yaşında “Qarabağ”da ilk oyununa çıxdı - VİDEO
-
Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər - VİDEO
-
Bu binada yaşayış olduğu halda söküntü işləri aparılır - VİDEO
-
“Aİ-nin özünün aşağı orbitli hərbi peyklərinə ehtiyacı var“ - NATO-nun admiralı
-
Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? - Siyahı
-
Müdafiə Nazirliyi həftəlik icmalı yayıb - VİDEO
-
Az bal toplayan tələbələr təhsil aldıqdan sonra iş tapa bilirlər? - VİDEO
-
“Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq“ - Ərdoğan
-
Muğam müsabiqəsində nə baş verib? - Xalq artistindən iddialara cavab
-
Füzuli və Ağdama gedən xarici turistlər öz evlərində qalıblar - Rəsmi
-
Samir Şərifov Əhməd əl-Şaraa ilə görüşdü - Fotolar
-
Binalardakı özünüidarəçiliyin iflic edilməsi... - Vəkil detalları açıqladı
-
“Traktor”dan “Qarabağ”ın təbrikinə belə cavab verdi - FOTO
-
XİN Azər Badamovla bağlı məlumatı təsdiqlədi: “Rusiyadan tutarlı izahat gözləyirik”
-
CHP sədri Özgür Özələ hücum edildi - VİDEO
-
Sumqayıtda yaşayış binasında yanğın - VİDEO
-
Leyla və Arzu Əliyevaların Naxçıvan səfəri Ordubadda davam edib - Fotolar
-
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı - Deport edilir
-
Bir nəfərdə “ağıllı” saat aşkarlanıb - DİM
-
Yağış, şimşək, sulu qar... - Sabahın havası
-
Qubada ağır qəza - Ölən və yaralanan var
-
“Bəzi dövlətlər bizi Rusiyaya qarşı tək qoya bilər” - Zelenski
-
Leyla Əliyeva Əshabi-Kəhf ziyarətgahında - Fotolar
-
“Ümid edirəm ki, nüvə silahına ehtiyac olmayacaq“ - Putin
-
“Azərbaycanda millətlərarası sülh və qarşılıqlı dəstək hökm sürür“ - İlham Əliyev
-
Naxçıvana diametri 21 mm olan dolu düşüb - FAKTİKİ HAVA
-
Zəngilanla sərhəddə nə baş verir? - VİDEO
-
“Ərazi toxunulmazdır, suverenlik toxunulmazdır, suverenlik satılmır” - Meksika Prezidenti
-
Qəzalı binaların sökülməsi niyə ləngiyir? - Araşdırma
-
Azərbaycanda nazirlik ilk dəfə banklara büdcə vəsaiti ayırdı: Sadə vətəndaş bundan nə qazanacaq?
-
Bu gün rezidenturaya qəbul imtahanı keçiriləcək - Bakı və Naxçıvan şəhərlərində
-
Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
-
Bakı niyə Qafqazın “Kiçik Las-Veqas”ı olmasın? - VİDEO
-
Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - Fotolar
-
Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələr - SİYAHI
-
Prezident Patriarx Kirill ilə ilə görüşdü - FOTOLAR
-
Netanyahu Azərbaycana səfərini təxirə salıb - “The Times of Israel“
-
ABŞ-nın rüsum təzyiqləri Pekini qorxutmayacaq - Çin səfiri
-
Kartdan oğurlanan pulları geri qayrtarmaq mümkün imiş - İlk 1 saat... VİDEO
-
“Türkiyə dünyada PUA texnologiyasında ən inkişaf etmiş üç ölkə arasındadır“ - Ərdoğan
-
Eldar Əzizovun yaxın adamının 4 milyonluq sifariş verdiyi sirli şirkət - “Az.Arxitektura“ kimindir?
-
“Ümid edirik ki, Ermənistan bizə qarşı “ikinci cəbhə“yə razı olmayacaq“ - Rusiya səfiri
-
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq - TARİXLƏR
-
Sabiq məmurun nəvəsi ondan ayrılan sevgilisinə bıçaqlı hücum edib - VİDEO
-
“Biz bununla Ukraynanın sülhə hazırlığınını yoxlayacağıq” - Peskov
-
Xırdalan şəhərində qanunsuz tikinti - İcazəni icra hakimiyyəti verib?
-
Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Orta hesabla xərc nə qədərdir?
-
Ərini qısqandığı qadını gözəllik salonunda döydü - Hökm oxundu
-
Bakı metrosunda işıq kəsildi - Qatarlar gecikir
-
“Netanyahunun təyyarəsinə keçid icazəsi verilməyib“ - Türkiyə XİN
-
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır - “Reuters”
-
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
-
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində seçki konfransı - Vüqar Oruc yenidən sədr seçildi
-
Sələmə pul götürdüyü şəxsi öldürən Elvinin cəzası ağırlaşdırıldı - TƏFƏRRÜAT
-
Leyla və Arzu Əliyevalar Naxçıvana səfər edib - FOTOLAR
-
Azərbaycan klubları “Traktor”u təbrik etdilər - FOTOLAR
-
Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? - ŞİKAYƏT
-
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi - FOTO
-
Naxçıvanda casusluq edən tələbələr həbs edildi - Prorektoru da zəhərləmək istəyiblər
-
Pənahovun oğlu ATU-nun müəllimini də döyüb - Ziyafət Əsgərov da ondan şikayət edib... + FOTO
-
57 yaşlı Nikol Kidman eyvanda qüsursuz bədənini göstərdi - VİDEO
-
Milli Konservatoriyanın prorektor işdən çıxarıldı - Yeni təyinat
-
AAAF Parkdan utancveridi hərəkət: Xocalıdan olan fəhlələrin pullarını ödəmir
-
Veysəloğlu Şirkətlər Qrupu kərə yağı və süd məhsulları istehsalçıları ilə işçi görüş keçirdi - FOTOLAR
-
Polkovnik Zaur Mirzəyev vaxtından əvvəl azadlıq istədi - Sonra fikrini dəyişdi
-
Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
-
Azərbaycanda rektorlar neçə prorektorla işləyirlər? - SİYAHI
-
Sürücülərin nəzərinə: Sabah Bakıda bu yollar tam bağlanacaq
-
Ramiz Mehdiyev 8 milyona satışa çıxarılan villadan danışdı - “İlk dəfədir sizdən eşidirəm“
-
Məzahir Pənahovun gəlinin döyülməsinə rəsmi reaksiya - Qurumlar hərəkətə keçdi
TOP 10
ARXİV