“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Polis “parkovşik“lərə qarşı reydlərə başlayır - “Müvafiq tədbirlər görüləcək“

Tarix 23.01.22, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar vətəndaşlar tərəfindən avtomobillərin dayanma-durma və parklanması ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə çoxsaylı müraciətlər daxil olub. Qanunsuz ödənişlərin yığılmasına haqlı olaraq etirazlar var. Bu cür hallara qarşı mübarizə aparmaq üçün bütün rayon polis orqanlarının əməkdaşları ilə birgə tədbirlər keçiriləcək. 

Bunu "Avtosfer.az"a Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O, bildirib ki, araşdırma və aparılan müşahidələr zamanı həqiqətən də bir çox ərazilərin qanunsuz olaraq parkinq kimi istifadə olunması və müxtəlif şəxslər tərəfindən bunun müqabilində vətəndaşlardan pul alınması faktları təsdiqini tapıb. 

"Həmin şəxslər müxtəlif formalar geyinir və bəzi adlardan istifadə etməklə imtiyazlı olduqlarını ifadə edirlər.

Təbii ki, yol hərəkəti qaydaları müzakirə edilmədən yerinə yetirilməlidir. Bununla da qanunun aliliyi təmin edilməlidir.

Bu qanunu pozanlar anlamalıdır ki, baş verən qəzalar, süni sıxlıq məhz dayanma-durma qaydalarınının pozulmasının nəticəsidir”.

Vaqif Əsədov qeyd edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti nəzarət mexanizminin gücləndirilməsi məqsədilə tədbirlər planına start verib. "Qeyri-qanuni parkinq ərazilərində qanunsuz pul yığımının qarşısının alınması istiqamətində müvafiq işlər görüləcək. Odur ki, bu işləri həyata keçirən şəxslərdən tələb edirik ki, qanunun aliliyini nəzərə alaraq bu fəaliyyətdən əl çəksinlər. Əks halda polis müvafiq tədbirlər görəcək".

Qeyd edək ki, qanunsuz parkinqlə məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atılacaq. Polis əməkdaşları sabahdan etibarən tədbirlərə başlayacaq. Odur ki, qeyri-qanuni parkinq yeri yaradaraq hüquqi və ya fiziki şəxslər, eləcə də bəzi adlardan istifadə edənlər məsuliyyətə cəlb olunacaq.



Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap