Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Daşınmaz əmlakın sığortası üzrə təminat məbləği niyə dəyişmir? - VİDEO

Tarix 12.04.26, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda mənzil və həyət evlərinin qiyməti sürətlə artsa da, icbari əmlak sığortası üzrə maksimal təminat məbləği illərdir eyni qalır.

Xezerxeber.az-ın məlumatına görə, hazırda paytaxt üzrə bu rəqəm 25 min manatdır. Halbuki şəhərdə evlərin 100 min manatdan başlayan qiymətlərlə, hətta 200-300 min manat və daha baha satılması adi hala çevrilib. Bu fərq xüsusilə son aylarda baş verən leysan, subasma və digər hadisələrdən sonra daha çox diqqət çəkir. Çünki bahalı evə ciddi zərər dəyəndə vətəndaşın aldığı icbari sığorta ödənişi çox vaxt ziyanın yalnız kiçik hissəsini qarşılaya bilir.

Mövcud qaydalara əsasən, Bakı şəhərində icbari əmlak sığortası üzrə haqq 50 manat, təminat isə 25 min manatdır. Gəncə, Sumqayıt və Naxçıvanda təminat 20 min, digər şəhər və rayonlarda isə 15 min manat müəyyən edilib.

Ekspertlərin fikrincə, daşınmaz əmlak bazarında qiymətlər dəyişdiyi halda, sığorta limitlərinin uzun müddət sabit qalması həm vətəndaşların marağını azaldır, həm də sığortanın rolunu zəiflədir. Yəni vətəndaş sığorta alır, amma böyük zərər zamanı gözlədiyi həcmdə kompensasiya ala bilmir.

Mütəxəssis Vüsal Bədəlov deyir ki, vətəndaş evinin tam dəyərinə yaxın təminat almaq istəyirsə, könüllü sığortaya üstünlük verməlidir.

Onun sözlərinə görə, vətəndaş təxminən 200 min manatlıq əmlakı üçün 200-300 manat civarında pul ödənməklə evini könüllü sığortalatdıra bilər.




Xəbərin oxunma sayı : 346




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap