Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq sənədinə çevrilib - Paşinyan

Tarix 19.03.26, 17:02

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan baş naziri Konstitusiya və siyasi ritorikanın yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb...

AzFakt.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı ölkənin Müstəqillik Bəyannaməsi və Konstitusiyası ilə bağlı mühüm açıqlamalar verib.

Paşinyan bildirib ki, bu məsələlər Ermənistanın daxili problemidir və ölkənin beynəlxalq mühitdə düzgün mövqe tutması üçün onların yenidən qiymətləndirilməsi zəruridir. Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsi əslində müstəqillik sənədi deyil, “münaqişə və nəticədə asılılıq bəyannaməsi” kimi çıxış edib.

Baş nazir bu fikrini izah edərək qeyd edib ki, əgər bir ölkə öz müstəqilliyini elan edərkən ətrafındakı bütün qonşulara qarşı iddialar irəli sürürsə, bu, onun təhlükəsizliyinə və gələcək inkişafına mənfi təsir göstərir.

Paşinyan əlavə edib ki, regionda sülh gündəliyinin yenidən nəzərdən keçirilməsi yeni müharibə riskini artıra bilər. Onun sözlərinə görə, bəzi qüvvələr bu gündəliyin dəyişdirilməsini istəyir və bu, ən gec parlament seçkilərindən sonra, payız aylarında yeni qarşıdurmaya gətirib çıxara bilər.

Baş nazir həmçinin vurğulayıb ki, qarşılıqlı ittiham və ərazi iddiaları vəziyyəti daha da gərginləşdirir. O qeyd edib ki, Ermənistan tərəfinin bəzi ərazilərlə bağlı iddiaları fonunda Azərbaycanın da oxşar ritorika ilə çıxış etməsi mümkündür.

Paşinyan hesab edir ki, bu cür qarşılıqlı bəyanatlar regionda sabitliyə zərbə vurur və problemin həlli yalnız paralel və qarşılıqlı addımlar vasitəsilə mümkündür.

Onun sözlərinə görə, artıq İrəvan və Bakı arasında sülh prosesinin əsası qoyulub və tərəflər bu istiqamətdə səyləri davam etdirməlidir.



Xəbərin oxunma sayı : 379




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap