Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Nazir İmişlidə vətəndaşları qəbul etdi - FOTOLAR

Tarix 27.11.25, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev İmişlidə Beyləqan və İmişli rayonlarının sakinlərini qəbul edib.

AzFakt.com xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Anar Əliyev və Elçin Rzayev İmişli rayon sakinləri - müharibə veteranı İsayev Emil Rövşən oğlu, Həsənov Sərxan Xanoğlan oğlu və İsmayılov Ərşad Çingiz oğlu üçün özünüməşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara baxış da keçiriblər.

Proqramın dəstəyi ilə aktivlər verilməklə Emil İsayev və Sərxan Həsənov üçün kişi bərbərxanası, Ərşad İsmayılov üçün isə avtoçilingər xidmətləri üzrə kiçik təsərrüfatlar qurulub. Onlar öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində İmişli rayonunda 1700-dən çox şəxs üçün kiçik təsərrüfatlar qurulub.






Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap