Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Kamran Əliyev Rumıniyada işgüzar səfərdədir - FOTOLAR

Tarix 25.11.25, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti rumıniyalı həmkarı Aleks Florentanın dəvəti ilə noyabrın 23-də Buxarest şəhərinə işgüzar səfərə gedib.

AzFakt.com xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoyub və Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Bundan sonra Rumıniyanın  Baş Prokurorluğunda görüş keçirilib.

Baş prokuror Kamran Əliyev  qarşı tərəfə dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Rumıniya istər siyasi, istərsə də iqtisadi sahədə Azərbaycanın əsas tərəfdaşlarından biridir və ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edərək strateji xarakter alıb. 

Daha sonra 2024-cü ilin oktyabr ayında iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək cinayətkarlığın müxtəlif formalarına, o cümlədən korrupsiyaya qarşı mübarizə, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin, qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Aleks Florenta qurumlararası tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, ötən il ərzində Azərbaycana etdiyi işgüzar səfərin xüsusilə yaddaqlan olmasını qeyd edib.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Rumıniyanın Ədliyyə naziri Radu Marinesku arasında da ikitərəfli görüş keçirilib.

Görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında dinamik inkişaf edən əlaqələrdən məmnunluq ifadə olunub.Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional təşkilatlar çərçivəsində, eləcə də ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın hüquqi bazası ətrafında fikir mübadiləsi aparıblar.

Sonra nümayəndə heyəti Rumıniya Parlamentinin Senatının sədr müavini Robert Cazancuiclə görüşüb.

Senat sədrinin müavini qeyd edib ki, Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr qarşılıqlı etimad və səmimi dostluq prinsiplərinə əsaslanır. Bu çərçivədə dövlət başçılarının qarşılıqlı səfərləri, həmçinin parlamentlərarası əlaqələrin yüksək dinamikası vurğulanıb.

Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək bildirib ki, enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində birgə layihələrin icrası ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin əyani sübutudur. 

Görüşlərdə Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək səfirliyin heyəti ilə görüşərək iş şəraiti ilə maraqlanıb.





Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap