Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Deputat Ülvi Quliyevin oğlu yenə tender qazandı - 31 milyonluq

Tarix 27.11.25, 13:45

Font ölçüsü : - / +
bitmap-img6


Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam şəhəri 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Diler İnşaat" Qapalı Səhmdar Cəmiyyəti seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 31 934 173,84 manatdır. 

"Diler İnşaat” QSC bundan əvvəl Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işlərinin satın alınması ilə bağlı tenderinin qalibi seçilmişdi. Şirkət bu tender üzrə qurumdan 8 050 336,09 manatlıq sifariş almışdı. 

Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma müsabiqələrində "Diler İnşaat” QSC-yə üstünlük verməsi təsadüfi deyil. Bu şirkət sıradan bir sahibkara məxsus deyil. Rəsmi mənbələrdə qeyd edilir ki, "Diler İnşaat” QSC 28 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2020 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.

Elxan Süleymanov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Görünür, bu şəxsin şirkəti təmsilçiliyi formal xarakter daşıyır.
Ülvi Quliyev və Orxan Quluzadə

"Diler İnşaat” QSC-nin əsl sahibi Orxan Quluzadədir. O, deputat Ülvi Quliyevin oğludur. Şirkətin Orxan Quluzadəyə məxsus olması barədə mediada da məlumatlar yer alıb. Qarşı tərəf bu məlumatları təkzib etməyib. 

Həmçinin şirkətin saytında Orxan Quluzadənin təsisçi kimi müraciəti yer alır. Bu faktlar "Diler İnşaat” QSC-nin deputatn oğluna məxsus olduğuna şübhə yeri qoymur. 
Leysan Məmmədov

Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədovdur. Leysan Məmmədov ictimaiyyətə "Sea Breez”dəki məşhur davadan tanışdır. Həmin davanın əsas fiqurantlarından biri məhz Leysan Məmmədovun oğlu Elnur Məmmədov idi. 



Xəbərin oxunma sayı : 271




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap