Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Berlin“ klinikasının həkimi prokurorluq orqanına yalan məlumat veribmiş - TƏFƏRRÜAT

Tarix 25.11.25, 10:33

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda fəaliyyət göstərən "Berlin Ailə və Uşaq Klinikası” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə açılmış iş üzrə məhkəmə qərarı ilə 20 min manat məbləğində cərimə olunub.

Teleqraf klinikanın cərimələnməsinin təfərrüatını əldə edib.

Klinikaya qarşı irəli sürülən ittiham əmək müqaviləsi bağlanmadan fiziki şəxslərin işə cəlb edilməsi ilə bağlı olub. Məhkəmə qərarından klinikanın baş direktoru və vəkili apellyasiya şikayəti veriblər. Onların iddiasına görə, istintaq və məhkəmə zamanı bir sıra önəmli halların məqsədyönlü şəkildə araşdırmadan yayındırılması və sübutların təhrif olunması baş verib.

Mübahisəli əməliyyat: "Liposaksiya” kim tərəfindən icra olunub?

Klinikanın cərimələnməsinin səbəbi "liposaksiya” əməliyyatı olub. İttihama əsasən, əməliyyat klinikanın işçisi olmayan Esmira Quluzadə tərəfindən icra edilib. Klinikada əməliyyat olunan Günay Pürəziz adlı qadın Esmira Quluzadədən şikayət edib. Buna səbəb isə əməliyyatdan razı qalmaması və səhhətində problemlərin yaranması olub. Günay Pürəzizin şikayətindən sonra prokurorluq tərəfindən klinikada yoxlama aparılıb. Esmira Quluzadənin tibbi təhsilinin olmadığı, klinika ilə rəsmi müqaviləsi olmadığı halda əməliyyata daxil olduğu müəyyən edilib.

Lakin klinikanın baş direktoru bildirir ki, əməliyyatı klinikanın rəsmi həkimi Araz Salmanov həyata keçirib və bu barədə prokurorluğa yazılı izahat da verilib. Onların iddiasına görə, həmin izahat iş materiallarına əlavə olunmayıb və gizlədilib.

Vəkillərin məhkəməyə təqdim etdiyi sənədlər arasında xəstənin tarixçəsi, epikriz və digər tibbi sənədlər də olub. Onlar bildirirlər ki, bu sənədlər müstəntiqə təqdim olunsa da, inzibati xəta haqqında qərarda əksini tapmayıb.

"Klinikada Esmira Quluzadə adlı həkim yoxdur”

Klinika rəhbərliyi israrla bildirir ki, Esmira Quluzadə adlı şəxs onların əməkdaşı olmayıb və hazırda da deyil. Onun işəgötürən tərəfindən hər hansı xidmətə cəlb olunması faktı mövcud deyil. Quluzadə sadəcə xəstəni vasitəçi kimi klinikaya yönləndirib.

Bundan əlavə, klinika rəhbərliyi iddia edib ki, prokurorluğa ilkin şikayət göndərmiş Günay Pürəziz daha sonra həmin müraciətindən imtina etsə də, bu hal prokurorluq qərarında nəzərə alınmayıb.

Günay Pürəziz prokurorluğa etdiyi şikayətini geri götürsə də, məhkəmədə onu əməliyyat edənin Esmira Quluzadə olduğunu təsdiqləyib. Bildirib ki, klinikada olan zaman, əməliyyata daxil olanda da onun yanında Esmira Quluzadə olub. Həmçinin əməliyyatdan çıxdıqdan sonra Esmira Quluzadə onu bir neçə dəfə müayinə də edib.

Sübut kimi qiymətləndirilən yazışmalar

İstintaq orqanının əsas sübut kimi qiymətləndirdiyi isə Esmira Quluzadə ilə Günay Pürəziz arasında olan yazışmalardır. Belə ki, həmin yazışmalarda Esmira Quluzadə Günay Pürəzizi əməliyyat etdiyini təsdiqləyir. Yazışmalarda Günay Pürəziz səhhətində yaranmış problemlərdən gileylənir. Esmira Quluzadə isə əməliyyatı problemsiz icra etdiyini qeyd edir. Həmçinin, Esmira Quluzadə Günay Pürəzizə bildirir ki, əməliyyatdan sonra səhhətində yaranmış problemlər düzgün qidalanmaması və masajlara gəlməməsi ilə bağlıdır.

Klinika rəhbərliyinin məsuliyyətdən xilas olmaq üçün əməliyyatın Esmira Quluzadə tərəfindən deyil, Araz Salmanov tərəfindən icra edildiyini göstərmək cəhdi nəticə verməyib. Məhkəmə qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Esmira Quluzadənin özünü kosmetoloq, estetik cərrah kimi təqdim etməsi ilə bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar yer alır.



Xəbərin oxunma sayı : 274




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap