Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Müsavat Partiyası Divanının növbəti iclası keçirilib - Nələr müzakirə edilib?

Tarix 24.11.25, 21:33

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 24-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

AzFakt.com xəbər verir ki, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Ötən həftə Müsavatın qərargahında siyasi məhbusların ailə üzvlərinin bir qrupunun toplantısı keçirilib.

Divan üzvü Mustafa Hacıbəyli politoloq Azər Qasımlıya qarşı ittiham üzrə məhkəmə prosesi haqda məlumat verib.

Ölkədə və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.

Həftə ərzində Bakıda baş verən faciəli hadisələr nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Müsavat Divanı həlak olanların yaxınlarına başsağlığı verir, xəsarət alanlara şəfa diləyir. Qeyd olunub ki, bu cür faciəli hadisələrin baş verməsinin səbəblərindən biri də, ölkədə korrupsiyanın tüğyan etməsidir. Müsavat bu hadisələrin araşdırılaraq günahkarların məsuliyyətə cəlb olunmasını, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atılmasını tələb edir.

Ukraynada müharibənin dayandırılması istiqamətində irəli sürülən sülh planları ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Müsavat Partiyası beynəlxalq hüquqa zidd olan təkliflərin irəli sürülməsini yolverilməz sayır, Rusiyanın işğalçı siyasəti nəticəsində yaranmış bu münaqişənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə tərəfdardır.

Sonda cari məsələlər müzakirə olunub.



Xəbərin oxunma sayı : 271




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap