“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Yasamaldakı köşk buna görə götürülübmüş- 13 minlik dələduzluq edilib

Tarix 16.06.25, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Tanışına köşk qoydurması ilə bağlı vəd verərək onu aldadan şəxs məsuliyyətə cəlb edilib. Məlum olub ki, köşk deyilən yerə qoyulsa da qanunsuz olduğu üçün götürülüb.

Musavat.com xəbər verir ki, dələduzluq əməlini törətməkdə təqsirli bilinən şəxs 1992-ci il təvəlüdlü Qorxmaz olub.

O, tanışı Elşad adlı şəxsə Yasamal rayonu ərazisində ticarətlə məşğul olmaq üçün iaişə köşkünün quraşdırılması üçün səlahiyyətli dövlət orqanları tərəfindən icazə alınması ilə əlaqədar 13 min manat pul alıb.

Qorxmaz aldığı pulun 7 min manatını icazəni alacağı Yasamal Rayon İcra Hakimiyyətinin məsul şəxslərinə verəcəyini deyib. Pulu aldıqdan bir neçə gün sonra Elşadın dediyi yerə köşk qoyulub. Lakin Yasamal Rayon Polis İdarəsinin əməkdaşları qanunsuz olaraq yerləşdirilən köşkü ərazidən götürüb.

Qorxmaz Vətən Müharibəsi iştirakısıdır. Onu Elşadla tanış edən də başqa bir qazi olub. Qorxmaz ifadəsində aldığı pulun 4 min manatını özünə götürdüyünü deyib. 3 min manatını isə qazi dostlarına dərman alması üçün Raqif adlı qazi dostuna verdiyini söyləyib. Qalan məbləği isə başqa bir tanışına borc verdiyini qeyd edib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, Qorxmaz 13 min manatın 3 min manatını özü qaytarıb. Qalan hissədə isə ödəniş edilməyib.

Zərərçəkmiş şəxs şikayətçi olduğunu və pulunu istədiyini qeyd edib. İş üzrə şahid qismində Qorxmazla Elşadı tanıyan qazi Raqif də dindirilib. Raqif bildirib ki, Qorxmazın Elşadı aldadacağını bilməyib.

Hadisədən sonra Qorxmaz pulu hissə-hissə qaytarmağı təklif etsə də Elşad bununla razılaşmayıb. Sonra da telefonu söndürərək zənglərə cavab verməyib.

Məhkəmə Qorxmazı dələduzluqda təqsirli bilərək, barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.



Xəbərin oxunma sayı : 337




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap