“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İranın dəhşətli silahı - “Dəmir Qübbə”ni bu raket dəlib keçdi + FOTO

Tarix 16.06.25, 20:28

Font ölçüsü : - / +
bitmap-img6


İranın son günlərdə İsrailə qarşı həyata keçirdiyi raket hücumları zamanı istifadə etdiyi silahlardan biri – “Haj Qassem” adlı orta mənzilli ballistik raket beynəlxalq diqqəti üzərinə cəmləyib.

AzFakt.com müsavat.com-a istinadən xəbər verir ki, bu raketin istər texniki imkanları, istərsə də real döyüş şəraitində tətbiqi, İsrailin hava hücumundan müdafiə sistemləri, o cümlədən məşhur “Iron Dome” (Dəmir Qübbə) sisteminin effektivliyi ilə bağlı ciddi suallar yaradıb.

İlk dəfə 2020-ci ildə təqdim edilən “Haj Qassem” raketi, adını ABŞ tərəfindən eyni ildə öldürülmüş general Qasım Süleymanidən alıb. İran hərbi mənbələrinin açıqlamalarına görə, bu raketin əsas təyinatı THAAD və Patriot kimi inkişaf etmiş hava hücumundan müdafiə sistemlərini keçmək və onlardan yayınmaq olub. O dövrdə bir çox Qərb analitikləri bu iddiaları təbliğat xarakterli sayırdılar. Lakin son qarşıdurmalar bunun əksini göstərib.

Məlum olub ki, “Haj Qassem” raketi müəyyən hallarda İsrailin hava müdafiə sistemlərini aşaraq hədəflərə zərbə endirməyə nail olub. Bu raket yüksək manevr qabiliyyətinə malikdir, 500 kiloqramadək partlayıcı başlıq daşıyır və 1 400 kilometrə qədər mənzilə malikdir. O, GPS-ə bağlı olmadan hədəfini tapmaq üçün optik və infraqırmızı terminal bələdçilik sistemindən istifadə edir ki, bu da onu elektron müharibə şəraitində daha da təsirli silaha çevirir.Beynəlxalq hərbi analitiklərin qiymətləndirməsinə görə, “Haj Qassem”in döyüş meydanında uğurla sınaqdan çıxması İranın raket texnologiyalarındakı irəliləyişini sübut edir və bölgədə strateji balansı dəyişdirə bilər. Bununla yanaşı, bu fakt İsrailin mövcud hava müdafiə sistemlərinin gələcəkdə daha inkişaf etmiş təhlükələrlə üzləşəcəyini və müdafiə konsepsiyasını yenidən nəzərdən keçirməli olacağını göstərir.

İranın dəhşətli silahı: “Dəmir Qübbə”ni bu raket dəlib keçdi - FOTO






Xəbərin oxunma sayı : 247




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap