|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
Tarix 28.03.24, 18:45 |
|
Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, o cümlədən onların daxili və xarici tərtibatına dair tələblərin hüquqi əsaslarını müəyyən edir.
Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avto-nəqliyyat vasitələri (bundan sonra – müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirən avtonəqliyyat vasitələri sərnişindaşımada istifadə edilə bilməz.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir. Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir.
Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində ilk tibbi yardım qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə və günəş şüalarından qorunması təmin edilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində sərnişinlər üçün çıxışlar və qəza çıxış yerləri olmalıdır.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda maarifləndirici xarakterli əşyalar və qurğular, habelə gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri istisna olmaqla, konstruksiyada nəzərdə tutulmayan digər əşyanın yerləşdirilməsinə yol verilmir.
Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) bu Tələblərin 1 nömrəli əlavə-sində göstərilən nümunəyə uyğun loqosu, qısaldılmış adı (AYNA) və çağrı mərkəzinin nömrəsi olmalıdır. Agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:
- banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə;
- banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin üzərində reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə yerləşdirilməli və bu Tələblərə uyğun yerləşdirilən zəruri məlumatları fərqləndirməyi çətinləşdirməməlidir.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrut lövhəsində marşrutun nömrəsi (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla), habelə Azərbaycan dilində başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adları göstərilməlidir. Marşrut lövhəsi avtobusun ön, arxa və yan tərəflərində yerləşdirilməlidir.
Beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla, gediş haqqı nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən hallarda müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin banının sağ tərəfində giriş qapısına yaxın hissədə gediş haqqının nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirildiyi barədə məlumat yerləşdirilməlidir.
Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşıma-larında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonları marşrutun (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla) və çağrı mərkəzinin əlaqə nömrələri, ilk tibbi yardım qutusu və odsöndürənin yerini, marşrut sxemini, gediş haqqının məbləğini, ödəniş etmədən getməyə görə inzibati cərimə barədə məlumatı, giriş, çıxış və qəza çıxışlarının yerini, olduğu halda uşaqlar, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün oturacaq yerlərini və tütün çəkməyin qadağan olunması barədə məlumatlar əks olunmalıdır.
Avtonəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulduğu halda, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində əlilliyi olan şəxslərin təkərli oturacaqları və uşaq arabaları üçün xüsusi işarələnmiş yerlər və müvafiq təhlükəsizlik sistemi olmalıdır. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin avtobusun salonunun içərisində bütün sərnişinlərin yaxşı görə biləcəyi yerdə marşrutun sxeminin bütün dayanacaq məntəqələri, o cümlədən növbəti dayanacaq məntəqəsini göstərməyə imkan verən elektron informasiya lövhəsi olmalıdır. Elektron informasiya lövhələrinin fonu və məlumat yazıları, habelə simvolik təsvirlər (piktoqramlar) sərnişinlər tərəfindən aydın oxunula və qavranıla bilən rənglərdə olmalıdır.
Sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri (bundan sonra - taksi minik avtomobilləri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında mühərrikli və ya elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri istifadə oluna bilər.
Taksi minik avtomobilləri kimi Azərbaycan Respublikasının 2002-ci il 12 fevral tarixli 261-IIQ nömrəli Qanunu ilə qoşulduğu Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsi çərçivəsində imzalanmış “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” Müqavilənin tələblərinə uyğun olaraq müəyyən edilmiş M1 kateqoriyasına aid minik avtomobilləri istifadə oluna bilər. İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.
Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır.
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır. Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.
Taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, əlaqə nömrəsi, avtonəqliyyat vasitəsinin buraxılış kartının nömrəsi göstərilən 110x60 mm ölçüdə məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyən etməyə imkan verən taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz ilə təchiz edilməlidir. Taksometr və ya müvafiq proqram təminatını göstərən mobil cihaz taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır. Gediş haqqı taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunduqda taksometr və ya müvafiq proqram təminatını göstərən mobil cihaz taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır. Taksi minik avtomobilinin salonu təmiz, səliqəli saxlanılmalı və xoşagəlməz qoxular olmamalıdır. Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görülə bilən yerdə daşınma haqqının tarifləri 4 nömrəli əlavədə göstərilmiş nümunəyə uyğun lövhə şəklində yerləşdirilməlidir. Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir. Hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.
as
Xəbərin oxunma sayı : 595
Sosial
Xəbərlər
-
“Rusiya ordusu yaxın gələcəkdə ciddi problemlərlə üzləşə bilər“ - ABŞ institutu
-
“Nar”dan sərfəli smartfon təklifi
-
Prezident Çin rəsmisini qəbul etdi
-
I Qarabağ müharibəsi zamanı tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib - RƏSMİ
-
Azərbaycanda həm kişilərin, həm də qadınların orta çəkisi 200 qram azalıb – Rəsmi
-
Suda qalmış avtomobilləri necə ayırd etmək olar? - ƏSAS ƏLAMƏTLƏR
-
Bloknotdan oxunan hazır cavablar: Ağ Evlə bağlı “çevriliş” iddiası
-
Nikol və Annanın pul sevdaları: Milyonluq şam yeməyi - TƏHLİL
-
“COP29-un keçirilməsi böyük məsuliyyətdir” - Elçin Əmirbəyov
-
Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - VİDEO
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR
-
Məni bikinidə görsən, başqasına baxmazsan - Roza
-
Bunlar qlobal iqtisadiyyatı dağıdır – BVF rəhbəri
-
Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır - İlham Əliyev
-
Daşınmaz əmlak kreditlərini ən çox hansı banklar verir? – Tam siyahı
-
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib: nələr müzakirə olunub?
-
Ordumuz təhvil verilən kəndlərə daxil olub? - İDDİA
-
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz“in keçmiş işçisini özünə müşavir götürüb
-
Azərbaycan İsrailə 18 ton dondurma satıb – 1 kiloqramı 7 manata
-
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
-
Dünya ən böyük fəlakətin şahidi olacaq – Abbas
-
Maaşlar yenidən artırıla bilərmi? - VİDEO
-
Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Dünyada qızılcaya ən çox yoluxma Azərbaycanda qeydə alınıb – ÜST nümayəndəsi
-
“Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır“ - Ermənistanın Aİ-dəki səfiri
-
Bakıda geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Pomidor üç manat, xiyar iki manat: Qiymətlər niyə əl yandırır?
-
Avro-2024: Azarkeşlər üçün yeni QADAĞA
-
Sədərək rayonunda sursat partladı - İki nəfər həlak oldu
-
Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib
-
“Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək“ - Putinin sözçüsü
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
DİM imtahan cavablarını açıqladı - Buradan yoxlaya bilərsiniz
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 38 nəfər ələ keçirildi - VİDEO
-
Okampo və daşnakların Berlindəki uğursuzluğu: Göyə sovrulan pullar - VİDEO
-
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
-
Bölgələrdə kartofun qiyməti ucuzlaşdı - VİDEO
-
Almaniya Rusiya pullarının müsadirəsini istəmir – Səbəb
-
“Generala belə edənlər, görün əsgərin başına nə oyun açırlar” – “Tərtər işi”
-
“Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir“ - Ermənistan XİN
-
29-da Bakıda 30 dərəcə isti olacaq - Sabahın havası
-
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
-
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”
-
Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?
-
“Altı ayda Qəzzada 13 min uşaq ölüb” - BMT
-
Bakının bu küçələri də plana düşdü - Söküntü işləri aparılacaq + VİDEO
-
“Mask gözlənilmədən Çinə səfərə gedib“ - KİV
-
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - VİDEO
-
Büdcədə artıqlıq yaranıb: Maaşlar artırıla bilər? - VİDEO
-
İctimai yerlərdə açıq-saçıq geyinmək: “Bizə çox şey deyirlər, amma ciddiyə almırıq”
-
Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
-
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO
-
“Ferrari” “Lamborghini”yə qarşı: Krossoverlərin yarışında hansı qalib gəldi? - VİDEO
-
Səhiyyə naziri işğaldan azad edilmiş ərazilərdə tikiləcək tibb müəssisələri barədə danışıb - VİDEO
-
Ağdamda tank əleyhinə mina partladı: Xəsarət alan var
-
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
-
“Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram“ - Xuraman Şuşalı
-
“Nə baş verdiyini bu gün desəm...“ - Salah Kloppla niyə mübahisə edib?
-
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
-
Məhkumlar yaşa görə əmək pensiyası alırlar? - RƏSMİ CAVAB
-
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
-
TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO
-
Japarov Azərbaycana niyə gəldi? - TƏHLİL
-
“Real Madrid” Mbappeni Olimpiya Oyunlarına buraxmayacaq – KİV
-
Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı
-
Xankəndidə çalışan peşə sahibləri - VİDEO
-
ABŞ yeni “qiyamət günü təyyarəsi” hazırlayacaq – “Reuters”
-
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - FOTO/VİDEO
-
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
-
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub - VİDEO
-
Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda diqqətli olun!
-
Bakıda ilanların sayı artıb? - VİDEO
-
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
-
Ölkədə fındıq istehsalı və ixracı artsa da, idxal azalmır - Araşdırma
-
Prezident bir qrup sahibkarı təltif etdi - SİYAHI
-
Ukraynanın İstanbulda barışıqdan imtinasının səbəbi - KİV
-
Bu pomidorları almayın! - RİSKLİDİR
-
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
-
Ali Məhkəmənin hakimi intihar etdi - ŞOK SƏBƏB
-
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
-
“Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq” - Peskov
-
Prezident iki nazirə yeni səlahiyyət verdi - SƏRƏNCAM
-
Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?
-
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
-
Şuşada mina partladı - xəsarət alan var
-
Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb - VİDEO
-
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
-
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
-
Polis Xankəndidə əməliyyat keçirdi - VİDEO
-
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət olunub - FOTO
-
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
F-16-ları məhv edəcəyik - Juravlyov
-
Tarixdə ilk imperiya necə yaranıb? - Maraqlı faktlar
-
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
-
Şağanda yağış yağmasa da, palçıq əlindən keçilməz olan ərazilər - VİDEO
-
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
-
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...
-
Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO
-
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
-
Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları - Valideynlərə xəbərdarlıq
-
MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO
-
“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident
-
Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətləri
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - VİDEO
-
Kanada baş nazirindən açıqlama - Ölkədə “TikTok” bağlanır?
-
“Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” - KİV
-
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTOLAR
-
MTK və sakinlər qarşı-qarşıya: “Yeddi ildir kirayədə yaşamağa məcburuq” - VİDEO
-
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO
-
Hansı meyvənin tumu botoks effekti verir? - ARAŞDIRMA
-
İlan zəhərini necə əldə edirlər? - Tükürpədən GÖRÜNTÜLƏR + VİDEO
-
Qırğızıstanla Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur
-
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - FOTO/VİDEO
-
Talıb Talenin toyu olacaq - VİDEO
-
Bəzi tikinti materialları BAHALAŞACAQ
-
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
-
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
-
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
-
İki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə
-
Azərbaycan və Qırğızıstana iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir
TOP 10
ARXİV