Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Dünyanın ən kritik bölgəsi – Orada savaş başlasa, xaos yaranacaq

Tarix 09.10.23, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Yaxın Şərqdə baş verənlər dünyanın diqqətini bu bölgəyə cəlb edib. Vaşinqton İsrail sahillərinə hərbi gəmilər göndərib. ABŞ-ın narahat olduğu başqa bir bölgə də var. Virciniya ştatında Tayvanın təhlükəsizliyi ilə bağlı konfrans keçirilib.

AzFakt.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Məqalədə bildirilir ki, konfrans iştirakçıları Çinin Tayvanı ələ keçirməsinin mümkünlüyü mövzusunu müzakirə ediblər:

“Toplantıda Tayvanı idarə edənlərin böyük qrupu iştirak edib. ABŞ-ı isə Dövlət Departameti və Pentaqonun yüksək rütbəli nümayəndələri təmsil ediblər.

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Pekini Tayvanı güc yolu ilə ələ keçirmək təşəbbüsünə qarşı çıxış edən dövlətlərin sayı artıb. Vaşinqton adaya hücumu dünya nizamının pozulması kimi qiymətləndirir. ABŞ buna görə Tayvanın hərbi gücünü artırmağa çalışır. Bundan başqa, ABŞ müttəfiqləri ilə birgə Tayvan ətrafında hərbi təlimlər keçirir. Blinken deyib ki, Pekini Tayvanla bağlı planlarından çəkindirmək üçün bütün gücünü səfərbər edib.

Çin lideri Si Cinpin mövqeyində qətidir. Onun sözlərinə görə, heç bir qüvvə Tayvanın Çinə birləşdirilməsinin qarşısını ala bilməz. Cinpin “Vahid Çin” prinsipinə sadiqdir. Vaşinqton Pekinin ərazi bütövlüyü əleyhinə çıxmasa da, “Vahid Çin” ideyasınını reallaşmasına mane olmağa çalışır. Amerikada Tayvanla bağlı keçirilən konfransda məhz Pekinə mane olmağın yolları müzakirə edilib. Konfransda 2024-cü ilin yanvarında Tayvanda keçiriləcək seçkilərə də toxunulub”.

Mərkəzin ekspertləri hesab edirlər ki, Çin Tayvanı ələ keçirmək üçün müharibəyə başlasa, bu, dünya iqtisadiyyatına da mənfi təsir edəcək:

“Dünyada dənizlər vasitəsilə daşınan yüklərin 50 faizi Tayvan boğazından keçir. Bundan başqa, dünyada yarımkeçiricilərin 70 faizi Tayvanda istehsal olunur. Müharibə olarsa, dünyada qlobal iqtisadi xaos baş verəcək. Amerikalı rəsmilər və ekspertlər Çini bəzi hallarda Rusiyadan daha təhlükəli dövlət kimi qiymətləndirirlər. Blinken də bununla razıdır. ABŞ dövlət katibi Çinin iqtisadi, siyasi, diplomatik və hərbi potensialının Rusiyanı üstələdəyi fikrindədir.

Çin-Rusiya ittifaqı ABŞ üçün daha böyük təhlükə kəsb edir. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 15-də Çinə iki günlük səfərə hazırlaşır. Putin Pekində “Bir Yol, Bir Kəmər” forumunda iştirak edəcək”.



Xəbərin oxunma sayı : 1519




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap