“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Naxçıvan “respublika“ statusunda qalmalıdırmı? - Zahid Orucdan maraqlı mesajlar

Tarix 18.07.25, 12:42

Font ölçüsü : - / +
bitmap-img6


““Suverenlik” ifadəsi müstəsna olaraq bilavasitə Azərbaycan dövlətinə, millətimizin iradəsinə və vahid respublikaya məxsus fenomen, konstitusion hüquqdur. Suverenlik ölkədə ayrı-ayrı subyektlərə tətbiq olunmur. Bu gün Azərbaycanın hər hansı rayonunun “suveren hüquqları”nın deyilməsi ölkənin unitar quruluşuna zidd mövqe sayıla bilər. Naxçıvanın muxtariyyət statusunu ləğv etmək məqsədilə Konstitusiyaya dəyişikliklər edilməsi kimi polemikaları müxtəlif maraqlı dairələr aparırlar. Təəssüf ki, bir sıra hallarda niyyətlər fərqlidir. O dövrün idarəçilik durumunu hakimiyyət əleyhinə çevirmək istəyənlər subyektlər üzərində dayanaraq belə təhlillər aparırlar. İkincilər isə, bəlkə də, Naxçıvanda müəyyən təhlükələr yaranarsa, bu, yenidən müxtəlif siyasi böhranlar meydana gətirər deyirlər. Bu kimi xarici missiyalı qüvvələrin də xətlərini müşahidə edirik. Əlbəttə, deyə bilərsiniz ki, “respublika” ifadəsi yalnız Azərbaycan dövlətinə və bütövlükdə milli dövlətimizin adı olan Azərbaycan Respublikasına yönəlik işlənməlidir, mümkündürmü ki, Naxçıvanda respublika deyil, vilayət, diyar kimi adlar təsbit olunsun? Yaxud deyə bilərsiniz ki, Zəngəzur dəhlizinin açılması və Naxçıvanla coğrafi bütövlüyümüzün əldə olunması Ali Baş Komandanımızın hazırda həyata keçirdiyi siyasətin əsas strateji hədəfidir. Bundan sonra Naxçıvan respublika statusunda qalmalıdırmı? Bu sualları bir qədər zamanın öhdəsinə buraxmalıyıq. Mənim subyektiv mövqeyimə görə, gələcəkdə “respublika” ifadəsinə yeni konstitusion islahatlar zamanı baxıla bilər, lakin bu, dövlət rəhbərinin iradəsində olan məsələdir. Biz zamanı qabaqlamayaq”.

AzFakt.com xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, indiki halda aparılan dəyişikliklər dövlətin hüquq və siyasi idarəetmə sistemində daha da təkmilləşdirmə məramına xidmət edir: “Bunlar yekdil qərarların verilməsi, Ali Məclis və xüsusi nümayəndəliyin bütün səlahiyyətlərini dəqiqləşdirməklə gündəlik verilən qərarların icrası üçündür. Naxçıvan Konstitusiyası Azərbaycan Konstitusiyasının tərkib hissəsidir və bundan kənarda deyil. Bu müddəalar orada da əksini tapıb. Konstitusiyaya dəyişiklik qətiyyən Qars müqaviləsinin ləğvi mənasını daşımır. Hesab edirəm, bu dəyişiklikləri qələbəmizdən sonrakı dövrün gətirdiyi mühüm çağırışlar kimi qiymətləndirməliyik. Parlamentdə Naxçıvan bölgəsindən təmsil olunan deputatların da xüsusi çıxışları oldu. Hər biri atılan addımları müdafiə etdilər. Cənab Prezidentin liderliyi ilə gələcəkdə bu proseslərin yeni addımlarla zənginləşdiriləcəyinə əminik”.

Z.Oruc deyib ki, Naxçıvan Konstitusiyasında aparılan dəyişikliklər bilavasitə Vətən müharibəsində qazanılan qələbəmizin nəticəsidir: “Ölkənin idarəetmə sistemində ötən on illər ərzində aparılan mühüm dəyişikliklərə, islahatlara rəğmən son beş ildə siyasi, idarəetmə, ölkənin ictimai həyatı, ümumiyyətlə, yeni quruculuq strategiyaları – hamısı zəfərimizlə birbaşa bağlıdır.

Mahiyyəti üzrə danışsaq, Naxçıvan Konstitusiyasında aparılan dəyişiklilər qeyd etdiyimiz ideyaları hüquqi sistemdə möhkəmləndirməyə, bəzi qeyri-müəyyənlikləri aradan qaldırmağa xidmət edir. Həmçinin Naxçıvan Konstitusiyasının 1990-cı illərdə mövcud olan və o dövr üçün zəruri sayılan, indiki dövrdə dövlətimizin daha da güclənməsi, yeni eraya, əsrə qədəm qoyması fonunda qarşısındakı hədəflərlə birbaşa bağlıdır. Gəlin aydınlaşdıraq ki, 1990-cı illərdəki gerçəklik nədən ibarət idi? Faktiki olaraq bu, həm də Naxçıvanın tarixi ilə birbaşa bağlıdır. Naxçıvan muxtariyyət statusunu elə-belə qazanmamışdı. Həmin status onun təhlükəsizliyinin təminatında son yüz ildə müstəsna rol oynayıb. İlk növbədə, Azərbaycanda ali icra hakimiyyətinin rəhbəri məhz dövlət başçısı olaraq Prezidentdir.

Bu, unitar quruluşa malik ölkə deməkdir. Doğrudur, unitarlıq hər hansı muxtariyyətlər yaratmağı inkar etmir. Yəni Rusiyadan İsveçrəyə qədər federal, konfederativ ölkələr mövcuddur. Amerika federativ sistemdir, ştatları var, yaxud Böyük Britaniya kraliyyət sistemidir. Azərbaycanın da respublika quruluşu və unitar idarəetmə modeli fonunda Naxçıvandakı vəziyyətə diqqət göstərdikdə aydın olur ki, parlamentar sistemin təsisatı olan Ali Məclis həm də icra səlahiyyətlərini daşıyır.

Ötən on illər ərzində belə idi. 1990-cı ildə ilk dəfə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana – Naxçıvana qayıdışı həmin bölgənin qorunmasında, xilasında önəmli rol oynamışdı, o səlahiyyətlər həmin imkanı vermişdi. Təəssüf ki, 1990-cı illərdə Ulu Öndər əleyhinə istər Mütəllibov, istərsə də Xalq Cəbhəsi hakimiyyəti dövründə düzgün olmayan, diskriminativ və özlərinin siyasi hikkələrinə bağlı olan mübarizələr də aparılırdı. Bir tərəfdən erməni təhlükəsi qarşısında dayanan Heydər Əliyev digər tərəfdən Bakıdan olan bu cür ayrı-seçkiliklərin, hücumların qarşısında dururdu… 1919-1920-ci illərdən sonra Azərbaycanda sovet hakimiyyətinin yaradılması və Naxçıvana əvvəlcə diyar, sonra muxtar respublika statusunun verilməsi, həmin dövrdə Qars müqaviləsi üzərindən Türkiyənin Naxçıvanın təhlükəsizliyində önəmli status qazanması 1990-cı illərin təhlükələrində erməni amilinin qarşısının alınnmasında da rol oynamışdı.

Beləliklə, Ali Məclis səlahiyyətlərinə görə qanunvericilik hüquqlarını daşıdığı halda paralel olaraq həm də icra hakimiyyəti funksiyalarına malik idi. Bu qeyri-müəyyənliyi artıq ortadan qaldırmaq mütləq idi. Təklif olunan dəyişikliklərdə açıq şəkildə göstərilir ki, iki maddəyə yeni əlavələr edilib. Mahiyyəti isə budur ki, artıq Prezidentin Naxçıvanda müəyyən etdiyi vəzifələri həyata keçirən şəxs – xüsusi nümayəndə ali icra hakimiyyəti orqanının rəhbəri kimi vəzifəli şəxsdir. Bu institut da məhz Vətən mühraibəsindən sonra yaranıb və azad olunan torpaqlarda artıq beş ilə yaxındır, öz səlahiyyətlərini həyata keçirir. Bu, qətiyyən icra hakimiyyətlərinə parallel struktur deyil, bilavasitə vətənin quruculuğu, “Böyük Qayıdış” siyasətində iştirak edir.

Soruşa bilərsiniz ki, Konstitusiyadan “ali vəzifəli şəxs” ifadəsi də çıxarılır. Amma bu bizim əsas Konstitusiyamızda təsbit olunub. Növbəti dönəmlərdə konstitusion islahatlar zamanı qeyd etdiyimiz məqamlara tam aydınlıq gətiriləcək. Naxçıvanda idarəçiliyi daha da möhkəmləndirmək üçün bu tədbirlər həyata keçirilir. Tam məsuliyyətlə deyə bilərik ki, Naxçıvanın əlahiddə əlavə statuslar almasının mahiyyəti, xüsusilə, 2002-2009-cu il referendumları zamanı daha çox Qarabağ məsələsi ilə bağlı idi. Bu, qətiyyən inkaredilməzdir.

Dövlətimiz torpaqlarımızın azadlığı üçün ordu, iqtisadi güclənmə, beynəlxalq əlaqələrin genişləndirilməsi ilə yanaşı, həm də müxtəlif hüquqi addımlarla cəhdlər göstərirdi ki, erməni separatizmini ortadan qaldırmaqla qan tökmədən, savaş olmadan məsələlər həll olunsun. Naxçıvanın səlahiyyətlərinin daha da genişləndirilməsi söylədiyimiz amillərlə bağlıdır. İndiki halda isə dediyimiz səlahiyyətlərin ortadan qalxması bir zərurətdir. Bu, idarəçilikdə bilavasitə Prezidentdən qaynaqlanan, onun tam səlahiyyətlərinin ölkənin bütün coğrafiyasında tətbiqini gerçəkləşdirmək üçündür. Bu o deməkdir ki, yeganə olaraq yalnız Naxçıvanda muxtariyyət statusu qalır”.



Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap