“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

50 minə qəbir yeri satan şöbə müdiri həbs edilibmiş - Hökm oxundu

Tarix 18.07.25, 10:56

Font ölçüsü : - / +
bitmap-img6


Yasamal bələdiyyəsinin şöbə müdiri olmuş Rizvan Mahmudova hökm oxunub. 

AzFakt.com Qaynarinfo-ya istinadən xəbər verir ki, Rizvan Mahmudov Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 312-1.1-ci (Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi) maddəsi ilə mühakimə edilib.

Məhkəmənin hökmü ilə o, 10 000 manat miqdarında cərimə cəzası məhkum olunub. Rizvan Mahmudovun həbsdə olduğu müddət nəzərə alınmaqla cəzası yüngülləşdirilib. Ona qəti olaraq 7000 manat miqdarında cərimə təyin edilib. 

İş materiallarından aydın olur ki, Rizvan Mahmudov 50 000 manat müqabilində qəbir yeri satıb. Bu işdə o, bələdiyyə sədrinin qərarına qanunsuz təsir edib. Yəni, vəzifə səalahiyyətlərindən və qulluq mövqeyindən istifadə etməklə maddi nemət müqabilində vasitəçilik edib.

Rizvan Mahmudov cari ilin aprel ayında saxlanılıb. 



Xəbərin oxunma sayı : 283




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap