“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Prezident İlham Əliyev bəzi qanunlara dəyişikliyi təsdiqləyib - Detallar

Tarix 16.07.25, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır.

AzFakt.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.

Belə ki, icra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək.

Aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək:

- icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan "Icra haqqında" Qanunun 78.3-cü maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait;

- cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin "İcra məmurları haqqında" Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş məbləği;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqq.

Qeyd edək ki, bu günə qədər müvafiq ödənişlər icra xidməti icra məmurlarının xüsusi fondu hesabına həyata keçirilirdi.



Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap