“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Ermənistanda ikinci dövlət olmayacaq“ - Paşinyan

Tarix 16.07.25, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkə ərazisində ikinci dövlətin mövcudluğuna icazə verməyəcəyini bəyan edib.

“Report”un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu bəyanat bu gün Qarabağdakı keçmiş separatçı rejimin "nümayəndəliyi"nin binasının müsadirəsi ilə bağlı Baş Prokurorluğun təşəbbüsü fonunda səslənib.

"Mən açıq şəkildə dedim ki, Ermənistanda ikinci dövlətin mövcudluğuna icazə verə bilmərəm. Bunu əvvəllər də demişdim və ümid edirdim ki, bu mesaj başa düşüləcək. Bir, iki, üç... Dövlət tədbirlər görməlidir", - o bildirib.

N.Paşinyanın sözlərinə görə, bu əmlak Ermənistanın mülkiyyətində olmalıdır.

Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu bu binanın mülkiyyət hüququnun dövlət qeydiyyatının etibarsız sayılması tələbi ilə Kadastr Komitəsinə qarşı məhkəmə iddiası qaldırıb.





Xəbərin oxunma sayı : 184




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap