![]() |
|














Azərbaycan Prezidenti III Şuşa Qlobal Media Forumunda Dünyaya verilən mesajlar
Tarix 23.07.25, 5:18 |
|

İyulun 19-da Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu bu dəfə də iştirakçıların sayı və nüfuzuna, əhatə etdiyi mövzulara görə yadda qaldı. Lakin tədbirə özəllik qatan əsas faktor Prezident İlham Əliyevin orada iştirakı və ona ünvanlan sualları maraqlı, səmimi və dərin məna kəsb edən fikirlərlə cavablandırması idi.
Azərbaycan Prezidenti qlobal informasiya məkanında geniş fikrin formalaşmasında fəal rol oynayan çoxsaylı peşəkar media mənsubları ilə bir araya gəlməklə informasiya açıqlığını, mediaya hörmət və xüsusi etimadını nümayiş etdirdi.
O, bir daha sübut etdi ki, media orqanları ilə səmimi dialoqa, şəffaf təmasa və daimi inkişaf edən əməkdaşlığa xüsusi önəm verir, faydalı media formatı ortamı yaradır. Məhz bunun nəticəsidir ki, builki Forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndələri qatılıb.
Qlobal Media Forumunun uzun illər qanunsuz erməni rejiminin mərkəzi sayılan Xankəndi şəhərində keçirilməsi isə tarixi fürsət və xarici qonaqların bölgədə aparılan möhtəşəm quruculuq işləri ilə tanış olması baxımından cəlbedici imkan sayıla bilər.
Prezident İlham Əliyev ilk növbədə, 30 il əvvəlki Azərbaycanla müasir Azərbaycan arasındakı fərqə diqqət çəkdi və bu da təsadüfi deyildi. Dövlət başçısı birinci Qarabağ müharibəsində Azərbaycanın çoxsaylı qurbanlar verməsini, 700 min nəfərin Qarabağ regionundan, 250 min nəfər azərbaycanlının isə Ermənistandakı əzəli torpaqlarından didərgin düşməsini, o zaman yaranmış acınacaqlı durumu ümumi təsvir edərək yenicə müstəqillik əldə etmiş kiçik bir dövlətin beynəlxalq səviyyədə haqlarının ümumiyyətlə eşidilmədiyini, çarəsizliyinin tablosunu təsvir etdi.
Pulu olmayan, xəzinəsi boş bir dövləti demək olar ki, heç kim dəstəkləmirdi. İqtisadiyyatın dağılması, min faizlik inflyasiya, kütləvi işsizlik, yoxsulluq, sosial böhran şəraitində torpaqları işğal edilmiş bir dövləti ATƏT-in Minsk qrupu kimi ədalətsiz qurum təzyiq altında saxlayır, təkəbbürlü bəyanatlar verərək Errmənistanın tərəfini tutmaqla işğalın əbədiləşməsinə çalışırdı.
Ancaq Ulu Öndər Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra yeni Azərbaycan quruculuğu yolunda qətiyyətli addımlar atması, dövlətin iqtisadi-siyasi potensialının güclənməsi istiqamətində apardığı irimiqyaslı islahatlar və bu fəaliyyətlərin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi yalnız bir ali məqsədə - işğal altında olan ərazilərin Ermənistanın işğalından azad edilməsinə, o cümlədən Azərbaycan xalqının rifahına xidmət edirdi.
Azərbaycan beynəlxalq hüququn verdiyi imkanlardan yararlanaraq təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra, ədaləti bərpa edərək 44 günlük şanlı tarixlə nəyinki regionda, hətta ondan xeyli kənarda yeni reallıqlar yaratdı. Həm İrəvan, həm də havadarları, eyni zamanda, Minsk qrupu bu reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Azərbaycanın tarixi və şanlı Qələbəsi göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır.
Prezident İlham Əliyev bunu dost Ukrayna xalqına də tövsiyə etdi, "Heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq.
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə dair suallara Prezident İlham Əliyevin cavabı isə çox dəqiq və konkret oldu. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması əsas legitim şərtlərdir. Bu proses geridönməz xarakter alıb və İrəvan üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yalnız bundan sonra Cənubi Qafqaz sabitlik və əməkdaşlıq məkanına çevrilə bilər.
"Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq".
Prezident İlham Əliyev ötən ilin sonunda AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulmasından yeddi ay keçməsinə baxmayaraq qarşı tərəfin hələ də heç bir məntiqli açıqlama verməməsini təəssüflə xatırladaraq Azərbaycanın prinsipial mövqeyindən geri dönməyəcəyini bəyan etdi. "Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik".
Dövlət başçısı Zəngəzur dəhlizinin açılması perspektivlərinə dair sualı cavablandırarkən bu nəhəng nəqliyyat arteriyasının Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirməsi ilə yanaşı, bir çox ölkələri də vahid zəncirdə birləşdirəcəyini bildirdi. Dəhlizin reallaşması sayəsində mahiyyət etibarilə Şərq-Qərb və Şimal-Cənub tranzitlərinin çoxşaxəli istiqamətləri də işə düşəcək. Ermənistan isə dəhlizin gerçəkləşməsinə mane olacağı halda, regional nəqliyyat və siyasi təcridlə üzləşməli olacaq.
Azərbaycan məhz bu sülh və rifah təşəbbüsləri ilə regional nəqliyyat-tranzit qovşağına çevrilir, Orta dəhlizi genişləndirir, "Kəmər və Yol" təşəbbüsünün müəllifi Çinlə birgə əməkdaşlıq formulu üzərindən uzaq Şərqdən Mərkəzi Asiyaya və Avropaya uzanan nəhəng bir iqtisadi-ticari-kommunikasiya coğrafiyasının körpüsünü qurur.
Azərbaycan qlobal iqtisadi aktor kimi Avropa İttifaqının enerji təhlükəsizliyinin də vacib atributuna çevrilib. Hazırda bu qitəyə 13 milyard kubmetr qaz nəql edərək Pan-Avropa enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan sırf kommersiya prinsipləri əsasında siyasi məqsəd güdmədən etibarlı və sadiq tərəfdaş olduğunu təsdiqləyir.
Prezident qeyd etdi ki, təhlükəsizlik və daşımalarda güclü tərəfdaşlıq tarixi olan Azərbaycan-ABŞ münasibətləri də əvvəlki administrasiyanın yaratdığı ədalətsiz davranışdan sonra bərpa edilib, güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensiallar yaranıb. Vaşinqtondan verilən müsbət mesajlar yaxın gələcəkdə ABŞ-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qalxacağına ümidləri artırır.
Dövlət başçımız uğurlu siyasətin vacib və mühüm amili kimi çoxşaxəli balanslaşdırılmış və tolerant kursun fayda gətirməsinə də toxundu. Azərbaycan Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və digər regional təşkilatların layilqi üzvü və nadir ölkələrdən biri kimi Avropa və müsəlman məkanlarında geniş əməkdaşlıq və rifah təşəbbüskarıdır. Digər mühüm amil isə D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olmasıdır.
ECO-nun Zirvə görüşünə ev sahibliyi edən Azərbaycan həmçinin böyük potensiala malik bu təşkilatda çoxtərəfli yanaşma tərzi və Qoşulmama Hərəkatındakı zəngin sədrlik təcrübəsi ilə daha möhkəm həmrəylik bloku yaradacağına əmindir.
Prezident İlham Əliyev Forumda dünya siyasi liderləri üçün də maraq doğuran dəyərli fikirlər səsləndirdi, yürütdüyü siyasətin təməl prinsiplərininin xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquqa əməl etmək kimi prinsiplərini bəyan etdi. Bu uğur düsturunun əsas meyarı isə İlham Əliyevin prezident vəzifəsində əldə etdiyi çoxillik əvəzsiz təcrübə ilə bağlıdır.
Prezident İlham Əliyev erməni lobbisinin və Qərbdəki bəzi dairələrin sifarişi ilə anti-Azərbaycan təbliğatı aparan "Washington Post", "New York Times", "Newsweek", Fransanın "Le Monde" və "Figaro" kimi mətbuat orqanlarının riyakar simasını da ifşa etdi.
Azərbaycan Prezidentinin Xankəndi mesajlarından biri də "Böyük Qayıdış"ın təntənəsi ilə bağlı oldu. Dövlət başçısının vurğuladığı kimi, görülən işlər o qədər genişmiqyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Ümumi götürdükdə, Qarabağ və Şərqi Zəngəzurda nəhəng infrastruktur və məskunlaşma planları nəzərdə tutulduğundan da sürətlə aparılır. Bu isə bir daha onu göstərir ki, Ali Baş Komandan vəd etdiyi "Qarabağ, Şərqi Zəngəzuru cənnətə çevirəcəyik" vədinin böyük hissəsini artıq yerinə yetirib.
Vüsalə Həsənova
Xəbərin oxunma sayı : 271
Sosial
Xəbərlər
-
Neft Fondu pullarını hansı ölkələrdə saxlayır? - Tam siyahı
-
Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyinat - Nazir əmr imzalayıb
-
“Çelikoğlu“ MMC işçilərə minimum əmək haqqından da aşağı maaş verirmiş - Cərimələndi
-
Azərbaycanın dövlət xadimləri adından saxta məlumatlar yayılır - Xəbərdarlıq
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - SİYAHI
-
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“MSDIS Holding“ cərimələndi - Valyuta qaydalarını pozduğuna görə
-
“Bakı Qida və Yağ Fabriki“ tullantı sularını çaya axıdıb - Fotolar
-
100 minə yaxın qanunsuz tikilmiş evlər sənədləşdiriləcək - Əmlak Xidməti rəsmən açıqladı
-
Neft Fondundakı pullar hansı valyutalarda saxlanılır? - SİYAHI
-
Kəmaləddin Heydərov bu idarəyə yeni rəis təyin etdi - FOTO
-
Hərbçimiz xəstəlikdən dünyasını dəyişdi - RƏSMİ
-
Bakıda qalmaqallı “Ekol Media” işi - Aktyor olmaq istəyənlər aldadıldıqlarını iddia edir
-
Daha dörd rayona prokuror təyin edildi - Kamran Əliyevdən əmr
-
Suriya rəsmən Türkiyədən hərbi dəstək istədi - Milli Müdafiə Nazirliyindən açıqlama
-
Abşeron-Xızı Regional Təhsil İdarəsində yoxlama - Pozuntular aşkarlandı
-
Prezident sərəncam imzaladı:2 milyon manat ayrıldı
-
Qəza zamanı xanımının ölümünə səbəb olmuşdu - Hökm oxundu
-
“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı“ - VİDEO
-
Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar - Tam siyahı
-
İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb - VİDEO
-
“Defacto“ mağazası cərimələndi: Paltarı 5 manat baha satıb
-
Türkiyənin ilk hipersəsli ballistik raketi təqdim edildi - 3 min km. məsafədəki hədəfləri vurur
-
“Məgər Konfederasiyasının pulu yoxdur?“ - “Rəhbərlik maaş istəyənləri, şikayət edənləri hədələyir“
-
İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar ləğv ediləcək
-
Prezident İlham Əliyev Misirin dövlət başçısına məktub göndərib - MƏTN
-
Fransa kəşfiyyatının Bakıdakı məxfi işləri ifşa oldu - Əyləncəli tədbirlər təşkil edib...
-
Tehranda mühüm görüş: Rusiya, Çin və İran bir araya gəldi
-
Sənədsiz evlərlə bağlı yenilik: 15 gün vaxt veriləcək
-
Mərkəzi Bankdan qərar qərar - Uçot dərəcəsi azaldıldı
-
İran uranın zənginləşdirilməsini davam etdirəcək - Pezeşkian
-
Sumqayıtda baş vermiş dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Ağdam və Ağdərədə meşəlik ərazidə yanğın başlayıb - İki helikopter havalanıb
-
Günlük kirayə bağ evlərinə tələbat artıb - VİDEO
-
III Şuşa Qlobal Media Forumu - qlobal məsələlərin müzakirəsi baxımından önəmli platformadır
-
Azərbaycan Prezidenti III Şuşa Qlobal Media Forumunda Dünyaya verilən mesajlar
-
Milli mətbuatın 150 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
-
“Bu müğənnilər məni sənətdən iyrəndirir!” - Toya gedib camaatı aldadırlar
-
Çimərliklərə getmək istəyənlərin NƏZƏRİNƏ
-
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, memorandum imzalanıb - FOTOLAR
-
Sumqayıtda kişini küçədə daşla vurub öldürdülər - Yeniyetmə oğulları saxlanıldı
-
50 milyondan çox pulu Azərbaycana qaytarmayan kimdir? - İlham Abbasov yoxsa...
-
Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri elan olundu
-
Bakının bu hissələrində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Prezident media nümayəndələrinə müraciət ünvanlayıb - MƏTN
-
İrandan gələn kələmlərin içindən külli miqdarda narkotik vasitə çıxdı - FOTOLAR
-
244 milyonluq azalma - “Neftin qiyməti çox aşağı düşəcək”
-
Azərbaycan ədalətin bərpa olunmasını tələb edir
-
Beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq - Sərəncam
-
Aysunun yeni sevgilisi var? - FOTOLAR
-
“Aİ-yə üzvlük yolunda Türkiyəyə qarşı siyasi baryerlər təcili aradan qaldırılmalıdır“ - Ərdoğan
-
Rusiyada saxlanılan daha 4 azərbaycanlıya hökm oxunub - Bu qədər həbs cəzası verildi
-
Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşdü - FOTO
-
Hərbi Prokurorluqda yüksək vəzifəyə yeni - Təyinat
-
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTOLAR
-
“Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadqurucu tədbirlər çox önəmlidir“ - Nazir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
III Şuşa Qlobal Media Forumu - təkcə diplomatik ritorika deyildi, xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və ədalətin səsidi
-
Mask “McDonald`s”a rəqib olmaq qərarına gəldi - “Tesla” restoranı açır
-
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb - RƏSMİ
-
Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi artırılacaq - SƏRƏNCAM
-
“Sözün əsl mənasında dastan yazırıq“ - Ərdoğan
-
“İranla mübarizəmiz bitməyib“ - İsrailin Baş Qərargah rəisi
-
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşdü - FOTOLAR
-
“Rusiyanın və Azərbaycanın Ukrayna ilə bağlı mövqeləri fərqlənir“ - Peskov
-
Sabah maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
“Azəriqaz” əvvəl mexaniki, indi də ağıllı sayğac quraşdırmaq qərarına gəlib - 2 ildə nə dəyişdi?
-
Bakıda yeni metro stansiyaları tikiləcək - 35,4 milyon manat ayrıldı
-
İlham Əliyev Donald Trampın paylaşımına reaksiya verdi: “Həm qlobal, həm də regionumuzda...“
-
7 ayda 3 sui-qəsd cəhdi - Türk kəşfiyyatı Şaranın həyatını xilas edib
-
Binəqədidə ağacları kəsib yerində qanunsuz obyekt tikilir? - VİDEO
-
Prezident yol tikintisinə 2,1 milyon manat ayırdı - SƏRƏNCAM
-
“Azərbaycan mediası təsirli “yumşaq güc” vasitələrindən biridir“ - Hikmət Hacıyev
-
“Medipoint“ klinikasında qanunsuzluq - Blogeri reklam çəkilişi üçün əməliyyat otağına saldılar
-
Bakıda 37, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - Tam siyahı
-
“Temu”dan gələn Hadisə” - Nəfəsə sərt iradlar yazıldı - VİDEO
-
Naxçıvanı Türkiyəyə bağlayacaq dəmiryolu xətti - 2,4 milyardlıq xarici investisiya tapılıb
-
“Hazırda Fransada istənilən texnologiya şirkəti “cinayətkar qrup“ elan edilə bilər“ - Durov
-
Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat BAŞLADI
-
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
-
Çimərliyə gedənlərə xəbərdarlıq - Yeni virus yayılıb
-
Tramp İlham Əliyevin çıxışını paylaşdı - VİDEO
-
Rusiya-Ukrayna danışıqları bu tarixdə olacaq - Zelenski açıqladı
-
Kredit götürərkən nələrə diqqət etməliyik? - VİDEO
-
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı – Paylaşım
-
Cəbrayıla növbəti köç yola düşdü - FOTOLAR
-
Sərnişin avtobusu işıq dirəyinə çırpılıb - Yaralananlar var
-
“ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır“ - Tramp
-
Xarici ölkə vətəndaşları da azad edilmiş ərazilərə səfər edə biləcəklər - VİDEO
-
Sahibkar obyektini sığorta etdirə bilmədiyini iddia edir - VİDEO
-
AZAL-ın təyyarəsini bu şəxs vurub - FOTO
-
150 illik milli mətbuat tariximizin şərəfl inkişaf yolu
-
Azərbaycan mətbuatı - 150 yaşında!
-
Xaricdə “Abu Malik“ adı ilə vətəndaşlarımızı tutdurdular - Özünü DTX həbs etdi
-
Azərbaycan dövləti obyektiv və qərəzsiz mətbuatın inkişafında maraqlı olduğunu dünyaya həmişə açıq şəkildə göstərir
-
Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub
-
22 İyul - Milli Mətbuat Günü xalqın səsinin, cəmiyyətin güzgüsünün, milli kimliyin və dövlətçiliyin təbliğatçısı olan mətbuat nümayəndələrinin peşə bayramıdır
-
Prezident media nümayəndələrini təltif etdi - SİYAHI
-
Masallıda əməliyyat keçirilib - 39 kq narkotik aşkar olunub
-
Türkiyə bu təyyarələr üçün 6 milyarda yaxın vəsait ödəyəcək - Sazişin gələn həftə imzalanacağı deyilir
-
İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - Tam siyahı
-
Kiyevdəki səfirliyimizin ətrafı raketlə vuruldu: Ölənlər var (FOTO)
-
Azərbaycanda qəribə hadisə - Atasının cinsi qadın kimi qeyd olundu
-
Bakıda taksidə intim əlaqəyə girən qadın məmur: başına nələr gəldi?
-
Yeni komissiya yaradılıb - DTX və XİTDX birgə məlumat yayb
-
Sumqayıtda binada yanğın olub, 22 nəfər təxliyə edilib - VİDEO
-
Dünyanın ən böyük su elektrik stansiyası: Çin yeni layihəyə başlayır
-
Tramp əfqan qaçqınların müdafiəsinə qalxdı: Deportasiyaya imkan verməyəcək
-
Bakıda mənzillər buna görə bahalaşır - VİDEO
-
Azərbaycanda tərəvəz ucuzlaşıb: Alıcılar razı, fermerlər isə narazıdırlar
-
“Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq“ - Prezidentin xüsusi nümayəndəsi
-
“Kaan səndə neçə uşaq var” - Ərdoğanla futbolçu arasında maraqlı dialoq
-
Netanyahu qidadan zəhərləndi - İşlərini evdən idarə edəcək
-
“Vətəndaşlar “Yüksəliş“ müsabiqəsinə inanır“ - İşçi qrupunun rəhbəri
-
“Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib“ - Hikmət Hacıyev
-
Uşaqlarda əl-ayaq-ağız xəstəliyi - Pediatrdan önəmli məsləhətlər
TOP 10
ARXİV