Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Məmurun üstünə silah çıxaranın 15 il həbsi tələb edildi - 4 milyon istəmişdi

Tarix 21.03.24, 18:03

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə dörd milyon manatdan çox pul tələb etməkdə ittiham olunan Vahid Xələfovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror V.Xələfovun hədə-qorxu ilə xüsusilə külli miqdarda tələb etməkdə və xuliqanlıqda təqsirli bilinməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilməsini tələb edib.

Müttəhimin vəkilinə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.

Qeyd edək ki, hadisəyə səbəb müttəhimlə zərərçəkmiş arasında əvvəldən yaranan pul mübahisəsi olub.

İttihama əsasən, təqsirləndirilən şəxs H.Xəlilovu təhqir edib, əlində olan dərmansəpən aparatdan silah qismində istifadə edərək avtomobilə zərbələr endirib. Daha sonra o, üzərində olan “MP-654K” markalı pnevmatik tapançanı Xəlilova tuşlayaraq hədə-qorxu ilə 4 165 000 manat pul tələb edib.



Xəbərin oxunma sayı : 1162




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap