“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Məhsul baha olsa da, fermerlər niyə narazıdır? - VİDEO

Tarix 14.06.22, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


Alması ilə məşhur olan Qubada son illər gilas bağlarının da sayı artıb. Ötən il bu bağlardan 5 345 ton məhsul yığılıb. Hər hektara düşən məhsuldarlıq ümumilikdə 108 sentner təşkil edib.

Hazırda Qubada yenidən məhsul yığımına başlanılıb. Fermerlər ötən ildən fərqli olaraq bu il gilasın satışının baha olduğunu bildirirlər. Buna baxmayaraq, vəziyyət bəzi təsərrüfatçıları qane etmir.

Rayonun Gədik kəndindən olan təsərrüfat sahibləri bildirir ki, hər il bir ağacdan 50-60 kiloqram gilas toplayırdılarsa, bu mövsüm onun yarısını belə əldə edə bilmirlər.

Bu meyvəyə tələbat yüksək olduğundan, gilas bağları alma, şaftalı və digər ənənəvi bağlara nisbətən təsərrüfatçılara daha çox gəlir gətirir. Yığılan məhsul ölkəmizlə yanaşı, Rusiya bazarlarına da göndərilir. İxracyönümlü və valyuta gətirməsi ilə yanaşı, gilas bağları həm də daha az qulluq tələb edir.

Qeyd edək ki, Qubada 18 min hektar meyvə bağı mövcuddur ki, bunun 3 500 hektarını gilas bağları təşkil edir. Təkcə son illərdə rayonda 2 000 hektara yaxın yeni gilas bağı salınıb. Bu meyvənin daha çox “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” kimi növlərinin yetişdirilməsinə üstünlük verilir. Yeni salınan bağlar əsasən intensiv üsulla becərilir.

Ətraflı Baku TV-nin süjetində:







Xəbərin oxunma sayı : 1168




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap