“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Mark Rütte Ukraynanın alyansa dəvət edilməsi ilə bağlı: “Bütün müttəfiqlər həmfikirdirlər“

Tarix 04.12.24, 9:27

Font ölçüsü : - / +
bitmap-img6


"NATO Ukraynanı alyansa dəvət etməyi deyil, yalnız Kiyevi silahla təmin etməyi müzakirə edir".

TASS xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rütte blok ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşü ərəfəsində mətbuat konfransında deyib.

O, alyans ölkələrinin xarici işlər nazirlərinin Kiyevi üzvlüyə dəvət etmək niyyətində olub-olmaları ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

"Biz bu iki gün də daxil olmaqla, hazırda ehtiyac duyulan şeyə diqqətimizi cəmləməliyik: Ukraynaya hərbi yardımın çatdırılması. Bu, onlar üçün son dərəcə vacibdir", - deyə Rütte bildirib.

O bir daha vurğulayıb ki, bütün müttəfiqlər Ukraynanın gələcəyinin NATO-da olduğu fikri ilə razıdırlar.

"Vaşinqtonda keçirilən sammitdə müttəfiqlər razılaşdılar ki, Ukraynanın gələcəyi NATO-dadır, həmçinin, Ukraynanın NATO-ya gedən yolu dönməzdir", - deyə o xatırladıb.

Rütte əlavə edib ki, alyans Kiyevi üzvlüyə yaxınlaşdırmağa çalışır.

"Bu, addım-addım baş verir", - deyə o qeyd edib.

Xatırladaq ki, Ukrayna hakimiyyəti Kiyevin yaxın gələcəkdə NATO-ya üzv olmaq arzusunu dəfələrlə bəyan edib.





Xəbərin oxunma sayı : 784




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap