“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Maaş sistemində vacib dəyişiklik olacaq - VİDEO

Tarix 02.05.25, 22:58

Font ölçüsü : - / +
bitmap-img6


Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər əmək bazarında yeni mərhələnin başlanğıcı ola bilər. Artıq saatlıq əməkhaqqı sistemi hüquqi çərçivəyə salınır. Bu isə həm işəgötürənlər, həm də işçilər üçün yeni imkanlar və suallar deməkdir. Hazırda əməkhaqqı əsasən aylıq şəkildə hesablanır. Lakin bu, qısamüddətli və qeyri-daimi işlər üçün müəyyən çətinliklər yaradır. Təklif edilən saatlıq əməkhaqqı sistemi bu boşluğu aradan qaldırmağa yönəlib.

AzFakt.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni mexanizm işçinin faktiki işlədiyi saatlara uyğun olaraq əməkhaqqı almasını nəzərdə tutur. Bu sistem xüsusilə müvəqqəti işlər, frilans fəaliyyəti və yarımştat iş yerləri üçün daha şəffaf və çevik imkanlar yaradacaq. Eyni zamanda, bu sistem işçilər üçün əlavə üstünlüklər də təmin edəcək.

Millət vəkilinin sözlərinə görə, şəxs gündəlik müəyyən olunmuş iş saatından artıq çalışdıqda, eləcə də bayram və istirahət günlərində əməkhaqqı fərqli qaydada hesablanacaq.

Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən bəzi restoranlarda artıq saatlıq əməkhaqqı sistemi tətbiq olunur. Bu hallarda bir saatlıq ödəniş 2-3 manat arasında dəyişir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap