| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Arayikgilin məhkəməsi son söz çıxışları ilə davam etdirilib - FOTOLAR
Tarix 23.12.25, 21:00 |
|
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 23-də davam etdirilib.
AzFakt.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan son söz çıxışını davam etdirib.
O, 2016-cı ilin Aprel döyüşləri, muzdlular və s. barədə ittiham tərəfinin və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks fikirlərini səsləndirib.
L.Mnatsakanyan Aprel döyüşlərinin planlaşdırılmasında ittiham edildiyini, lakin bunun belə olmadığını söyləyib. O, Aprel döyüşlərində hər şeyin qondarma rejimin “müdafiə rayonlarında” və “diviziyalarda” baş verdiyini və döyüşləri onların özləri tərəfindən idarə olunduğunu iddia edib.
Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı mülki obyektlərin zərər çəkməsi barədə danışarkən mülki obyektlərin qəsdən vurulmadığını, hərbi obyektləri hədəf aldıqlarını iddia edib.
O, “müdafiə ordusu”nun (Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsi – red.) silahları Ermənistan silahlı qüvvələrindən aldığını söyləyib.
Vaxtilə artilleriya briqadasının komandiri olmuş L.Mnatsakanyan artilleriya zərbələri nəticəsində meşələrə zərər vurulmasında və abidələrin dağıdılmasında ittiham olunması barədə də danışıb. Təqsirləndirilən şəxs bu ittihamı da qəbul etməyib və bildirib ki, abidəyə zərəri digər silahlar da vura bilərdi. O, həmin silahları sadalayıb: “Artilleriyadan başqa bu silahlardan da istifadə olunurdu: tanklar, piyadaların döyüş maşınları, minaatanlar, əl qumbaraları və sair”.
Təqsirləndirilən şəxs Tunel və Başlıbel hadisələrində (Tunel və Başlıbel qətliamları – red.) iştirak etmədiyini, yaralanması ilə əlaqədar həmin vaxt müalicə aldığını, fizioterapiya kursu keçdiyini söyləyib və əlavə edib: “O zaman mərkəzi müdafiə rayonunun artilleriyası hələ yeni formalaşırdı”.
Məhkəmə prosesi dekabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.










Xəbərin oxunma sayı : 1063
Hadisə
Xəbərlər
-
“Nar” lotereyasında həyəcan artır - 10-cu avtomobil səni gözləyir
-
Şəkidə mənzil fondu təmir ediləcək: 300 minlik tender qazanan “Elşən“ MMC kimindir?
-
Aidiyyatı qurumlar “Dr.Gülü”nün qanunsuz əməlinə niyə göz yumur? – VİDEO
-
Evlərini kirayə verənlərə xoş xəbər - Vergi dərəcəsi endirilir
-
Qar yağacaq, güclü külək əsəcək - Sabahın havası
-
“Putin və Tramp ən yaxın zamanda yeni telefon danışığı aparacaq“ - Peskov
-
Xaricdən 1 ədəddən artıq gətirsəniz - 100 manat rüsum ödəyəcəksiniz
-
Bakıda yanğın - 1 nəfər yanaraq öldü, o biri xəstəxanalıq oldu
-
Köhnə maşınlar üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq - Prezident təsdiqlədi
-
Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatda 3 polis həlak olub - VİDEO
-
Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edib - Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı
-
2026-cı il dövlət büdcəsi təsdiqləndi: Gəlirlər və xərclər nə qədər olacaq?
-
Azərbaycanda 10 bank bayramda işləməyəcək - SİYAHI
-
Bu dərmanlar gələn ildən pulsuz veriləcək - VİDEO
-
Əməkdar artistin bədəni çürüyür - Vüqar Ələkbərov əməliyyat edib...
-
“Mənə zəng etdilər, dedilər ki, imza at…” - Misir Mərdanov
-
Bazarlarda “hinduşka”nın qiyməti neçəyədir? - VİDEO
-
“Türklərə qarşı təhqir qarşısında geri çəkilməyəcəyik“ - “Traktor“un sahibi
-
“Pilot 16“ MMC yaşayış ola-ola tikinti aparır - ŞİKAYƏT
-
“Qala Sığorta“da geri sayım - Yığımlarda 2 milyona yaxın azalma
-
Maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
Şuşada buzlu yolda köməksiz qalan vətəndaşlar xilas edilib - VİDEO
-
Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis yaralandı
-
Kriptobirjada son durum - “Bitcoin“ 90 min dollara kimi ucuzlaşıb
-
Bu ərazilərdə partlayış səsi eşidiləcək - Xəbərdarlıq edildi
-
Yeraltı qaz xətlərinin yenilənməsi işləri sahibkarları işıqsız qoydu - VİDEO
-
Avro ucuzlaşıb, rubl bahalaşıb - Rəsmi məzənnələr
-
Binə qəsəbəsinin sakinləri soyuqdan “donurlar” - VİDEO
-
Trampın Ukrayna nümayəndə heyəti ilə növbəti görüşü yanvar ayında keçiriləcək - Zelenski
-
Sumqayıtda ipoteka ilə alınmış mənzildən artıq ödəniş tələb olunur - VİDEO
-
“Rusiya ilə əlaqələri kəsmək fikrimiz yoxdur“ - Ermənistan XİN
-
Xaricdən gəlir əldə edənlərin diqqətinə: Yeni ildən böyük dəyişiklik olacaq
-
Milli birliyin və dövlətçilik ideyasının təntənəsi
-
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan xalqının milli kimliyinin...
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Putin və Tramp razılıq əldə edib - İki işçi qrupu yaradılacaq...
-
DYP hərəkət iştirakçılarına xəbərdarlıq edib: Yollarda ehtiyatlı olun!
-
Yeni il süfrəsi neçəyə başa gələcək? - Ərzaqlar və qiymətlər
-
Misir Mərdanov vəzifəsini itirdi - Əli Abbasov da vəzifə ilə vidalaşdı
-
Əmlak bazarında kəskin böhran - 2026-da evlər ucuzlaşacaq
-
Milli Məclisdə kadr və struktur dəyişikliyi olub - Spiker köməkçisinə yeni vəzifə verdi
-
Xalq artisti məhkəməyə verildi - Keçmiş xanımı tərəfindən
-
Milli həmrəylik xalqımızın və dövlətimizin ən böyük sərvətidir
-
Bu ilin ən çox qazanan futbolçuları - SİYAHI
-
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - milli birliyin və həmrəyliyin təcəssümü
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Xətaidə Yeni il tədbiri keçirildi - FOTOLAR
-
“AZZA“ tortundan zəhərlənmə olub? - İDDİA
-
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq?
-
Toya gedərkən faciəvi şəkildə ölən bacıların - Fotoları
-
Paytaxtda buludlu, dağlıq ərazilərdə qar - Sabahın havası
-
150 min manatlıq qanunsuz siqaret aşkarlandı - Video
-
Bakıda qəzalı binaların söküntüsü niyə ləngiyir? - VİDEO
-
Zəngəzurda nəhəng dağlar yarılır, yol çəkilir - VİDEO
-
ABŞ təkpartiyalı dövlətə çevrilə bilər - MASK
-
Ordubadda qarın hündürlüyü 29 sm-ə çatıb - FAKTİKİ HAVA
-
Xankəndi teatrı bərpa edilir - 8 milyon sərf olunacaq
-
Binə qəsəbəsində qrunt suları və kanalizasiya problemi - VİDEO
-
Azərbaycanda problemli kreditlərin həcmi yenidən artdı - VİDEO
-
Şəkidə 56 il öncə çəkilmiş yol bərbad vəziyyətdə - VİDEO
-
“Biz ABŞ, Avropa və İsraillə tammiqyaslı müharibədəyik“ - İran Prezidenti
-
Xətai rayonunda bağçanın həyətini su basdı - VİDEO
-
Azərbaycanda iş qrafikləri bu tarixdə dəyişə bilər - AÇIQLAMA
-
İdmançılarımız qalib Azərbaycan xalqını uğurla təmsil edirlər
-
Azərbaycan idmançıları qalib ölkəni qürurla təmsil edirlər
-
Prezidentin qızı ilə gəlini “Romeo və Cülyetta”nı izlədi - Fotolar
-
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR
-
Azərbaycana qarşı 907-ci maddə ləğv edilib - Konqresin saytı mətni yaydı
-
Toya gedirdilər, avtomobilləri kanala düşdü - İki bacının faciəvi ölümü
-
Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır
-
Döyüş meydanının Zəfəri idman arenalarında davam edir
-
Qanunsuz işləyən maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - Video
-
“Nar”ın “Çoox Şanslı” lotereyası - 9-cu avtomobil uduldu
-
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salındı - FOTO
-
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
-
Gələn il vizasız gedəcəyimiz ölkələr - SİYAHI
-
“Putinlə tezliklə və istədiyim qədər danışacağam“ - Tramp
-
Türkiyə bu bölgədə əməliyyat keçirə bilər - Heç kimdən icazə almadan...
-
Leyla Əliyeva “Euronews”a müsahibə verdi - VİDEO
-
Minlərlə mədəniyyət işçisinin maaşı kəsilib? - Rəsmi açıqlama
-
9 dərəcəyə qədər şaxta var - FAKTİKİ HAVA
-
Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi
-
Daxili İşlər Nazirliyi bu şəxslərə müraciət etdi - VİDEO
-
“Azpetrol“ şirkəti də Ruslan Eyyubova məxsus imiş - İLGİN İDDİA
-
Tramp sabah Zelenski ilə görüşəcək - Floridada
-
Daxili işlər naziri Qubada sıra baxışı keçirəcək - Bu tarixdə
-
“Məktəbin pəncərəsində şüşə yoxdur, kartonla örtülüb“ - VİDEO
-
Azərbaycanda içki və siqaret istehsalı azalıb - RƏSMİ
-
Yeni Günəşli qəsəbəsində illərdir nəzarətsiz qalan qeyri-yaşayış obyekti - VİDEO
-
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası
-
Elektron siqaret qadağası - Bu tarixdə qüvvəyə minəcək
-
Sabiq nazir külli miqdarda borca düşdü - FOTO
-
Bu idmançılar və idman mütəxəssisləri təltif edildi - SİYAHI
-
“Azərbaycanla ticarət dövriyyəsi tarixi rekord qıracaq“ - Çin səfiri
-
Smartfonlar Azərbaycana bu ölkələrdən gətirilib - SİYAHI
-
“Balaca Heydərin iki oğlu var“ - İlham Əliyev
-
“Az yatır, çox götür“ şüarı ilə dələduzluq - VİDEO
-
Maştağa sakinlərinin yol problemi niyə həllini tapmır? - VİDEO
-
Bakıda avtobus qəzaya uğradı: 2 nəfər ölüb, 9 nəfər yaralanıb
-
Azərbaycanın gələn il pul siyasəti necə tənzimlənəcək? - Mərkəzi Bank açıqladı
-
Hindistanın şirkəti Rusiya neftinin alışını bərpa edib - Trampa verilən vədi pozdu
-
Tacikistan-Əfqanıstan sərhədində atışma - Ölənlər var
-
Mehriban Əliyeva AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib - FOTO
-
Gələn il inflyasiya neçə faiz olacaq? - RƏSMİ
-
“Yer kürəsində artıq dörd fəsil mövcud deyil“ - Araşdırması
-
Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
-
Dünyanın ən bahalı idman klubları açıqlandı - SİYAHI
-
“İstəmirəm ki, atam məhəlləyə utana-utana çıxsın” - Zeynəb Həsəni
-
Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama
-
ABŞ Aİ rəsmisinin ölkəyə girişini qadağan edib - Dövlət katibi açıqladı
-
Çay hazırlamaq üstündə dava: Qubada gəlin qayınanasının başını divara çırpdı
-
İlham Əliyev AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib - FOTO
-
Novxanıda “ölüm yolu“: Piyada keçidi olmayan küçədə faciələr bitmir
-
AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümüdür
-
Qalib xalqın Qalib Lideri
-
Azərbaycan xalqının 22 il əvvəl etdiyi seçim zaman keçdikcə öz doğruluğunu tam təsdiqlədi
-
“Müdaxilələr olmasaydı, indi xoşbəxt idik“ - VİDEO
-
Bakıda avtomobillər bu küçəni keçəndə batır - VİDEO
TOP 10
ARXİV






