“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Yeni il süfrəsi neçəyə başa gələcək? - Ərzaqlar və qiymətlər

Tarix 28.12.25, 22:25

Font ölçüsü : - / +
bitmap-img6


Artıq bir neçə gündən sonra dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda Yeni il bayramı qeyd ediləcək.

Yeniavaz.com xəbər verir ki, Yeni il bayramı Azərbaycanın milli bayramlarından hesab olunmasa da, artıq uzun illərdir insanlar tərəfindən böyük coşqu ilə qeyd olunur.

Digər bayramlarda olduğu kimi, bu bayram ərəfəsində də kasıb və ya varlı olmasından asılı olmayaraq hər kəs bayram süfrəsinin bol olması üçün bazarlara üz tutur.

Bazar və marketlərdəki mövcud qiymətlərə istinadən 4 nəfərlik ailənin sadə bir bayram süfrəsi üçün xərcləyəcəyi vəsaiti hesablamağa çalışdıq.

Apardığımız araşdırma göstərir ki, 4 nəfərlik ailənin klassik Azərbaycan ənənəsinə uyğun Yeni il süfrəsi – plov, "Paytaxt” salatı, hinduşqa qızartması, 5–6 növ meyvə, tort, şirniyyatlar, içkilər və çörəklə birlikdə orta hesabla 140 manata başa gəlir.

Hesablama göstərir ki, ümumi xərcin ən böyük payını hinduşqa (45 manat), plov üçün istifadə edilən 1 kq qoyun əti və şabalıd (32 manat), eləcə də şirniyyatlar – tort və əlavə desertlər (20 manat) təşkil edir. "Paytaxt” salatının isə minimum 12–13 manata başa gəldiyi qeyd olunur. Meyvələr isə orta hesabla 16–17 manat təşkil edir.
 



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap