![]() |
|














Şəmkirin qaranlıq kəndlərində dolaşan “kabuslar“ - MƏHKƏMƏ
Tarix 12.05.25, 17:47 |
|

Şəmkirin Təzəkənd və Mahmudlu kəndinin üç sakini birləşərək 2015-2016-cı illərdə gecələr işıqlar sönəndə maskalanıb, süngür-bıçaqlarla silahlanaraq evlərə girir, qızıl, pul, ev əşyaları oğurlayıb kənar ərazilərdə satırlarmış. Gəncə Ağır Cinayətlər Məhkəməsi onların hər üçünü cəzalandırıb. Bu iş hakim Abdulla Məmmədovun icraatında olub.
Qaynarinfo-nun məlumatına görə, müəyyən edilib ki, əvvəllər müxtəlif vaxtlarda narkotik, qanunsuz silah, oğurluq və digər maddəllərlə məhkum edilmiş Rasim Ələkbərov həmkəndliləri Vasif və Sabirlə gecələr kəndlərdə işıqlar sönəndə evlərə basqınlar planlaşdıraraq, həyata keçiriblər. Bu yolla qızıl, pul ələ keçiriblər.
Təqsirləndirilən şəxslər məhkəmədə cinayətdən xəbərsiz olduqlarını bildiriblər. Məhkəmə isə hökm çıxaranda bu ifadələri özünümüdafiə xarakterli hesab edib və onların ibtidai istintaqa verdikləri ifadələrə əsaslanıb. Həmin ifadələrdən aydın olur ki, onlar cinayətlərini əvvəlcədən planlaşdırıblar. Məsələn, Təzəkənd kəndinin sakini, tək yaşayan Vera Nikolayevnanın evinə basqını Veranın evinin beş addımlığındakı kənd çayxanasında planlayıblar. 2016-cı ilin aprelində gecə saatlarında kənddə işıqlar sönəndə maska geyinərək süngür-bıçaqlarla silahlanıblar. Vera Nikolayevnanın yaşadığı ünvana gəliblər. Hasardan aşaraq evin pəncərəsini qırıblar. Onlara müqavimət göstərmək istəyən Veranı döyüblər, əl-ayağını, ağzını bağlayıblar. Evdən qızıl üzük və bir cür qızıl sırğa, 130 manat pul, iki qutu siqaret götürərək aradan çıxıblar. "Öyrənmişdik ki, Veranın oğlu Rusiyada yaşayır, hər ay Veraya pul göndərir, düşündük ki, imkanları yaxşı olar. Süngü-bıçağı Veranın boğazına dirəyəndə dedi ki, evdə qaşları brilyantdan olan bir cüt sırğa, bir qızıl üzük var, həmin qızıllardan və 130 manatdan başqa heç nə tapmadıq", deyə onlar ifadələrində bildiriblər.
2015-ci ilin aprelində cinayətkar qrupun üzvləri Mahmudlu kənd sakininin evinə giriblər: "Floranın əri Rusiyada işləyirdi. Qadın tək qalırdı. Eşitmişdik ki, evdə 5 min manat var. Gecə işıqlar sönəndə evin arxa hissəsindəki setkadan həyətə daxil olduq. Pəncərəni qırıb evə girdik. Əlcəklərimizi geyinib evdə axtarış apardıq. Kreslonun altından pulqabı tapdıq, içərisində 200 manata yaxın pul var idi, onu götürdük, ancaq 5 min manatı axtarsaq da, tapmadıq", deyə təqsirləndirilən şəxslər istintaq ifadələrində göstəriblər.
Zərərçəkən Flora Məmmədova məhkəmədə bunları deyib: "Allah üzümə baxıb ki, həmin vaxt evdə olmamışam. Sabahı gün evə gələndə gördüm ki, şkafların qapıları taybatay açıqdır, evin altını-üstünə çeviriblər, bütün əşyaları döşəməyə səpələyiblər. Kreslonun altında olan pulqabıdan 200, paltar şkafında asılqandan asdığım dəri qış gödəkcəsinin cibində 5000 manat var idi, hamısını yağmalamışdılar. Qonşuları çağırdım, sonra da polisə zəng vurduq".
Daha bir zərərçəkmiş isə Təzəkənd sakinidir. Həyat yoldaşı vəfat edib, övladları Rusiyada yaşayır, özü təqaüdçüdür. Evdə tək yaşayır. 2016-cı ilin aprelin 21-də gecə işıqlar sönəndən sonra həyətdən səslər eşidib, sonra aynəbəndin pəncərəsi sındırılıb: "Yataqdan durub qapını açdım. Aynabəndə keçəndə üzündə maskalı 2-3 nəfər sobanın yanında dayanmışdı. Onlardan biri üstümə cumdu, məni çarpayıya uzatdı, əlindəki bıçağı boğazıma dirədi, dedi ki, səsini çıxarsan boğazını kəsəcəm, 100 qramlıq qızıl tros sepin yerini de. O biri əl-ayağımı sıxırdı, mənə işgəncə verirdi ki, qızılın yerini deyim. Biri də yataq otağının altını üstünə çevirmişdi, qızıl axtarırdı. Üstümə qışqırırdılar ki, "neçə dənə komplektin var, tez ol, yerini de". Qızılların aynəbənddəki çantanın içində olduğunu dedim. Əllərimi, ağzımı bağlayıb aynəbəndə gətirdilər. Qəzılları da, pulu da göstərdim. Götürüb, qaçıb getdilər".
Polis maskalıları uzun müddət axtarıb. Hər üç cinayətin üstü 2022-ci ildə açılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 ildən 7 ilədək həbs cəzasına məhkum ediliblər.
Xəbərin oxunma sayı : 208
Hadisə
Xəbərlər
-
3 manata satılan kabablar hansı ətdən hazırlanır? - VİDEO
-
“Hindistan və Pakistan hərbi liderləri atəşkəs danışıqları aparırlar” - KİV
-
İlham Əliyev Ərdoğanı təbrik etdi - PKK-nın özünü ləğv etməsinə görə
-
Tərtərdə dəhşətli qətl: kişi arvadını və əlaqədə olduğu ustanı öldürdü - TƏFƏRRÜAT
-
“Kür çayında səviyyənin artması subasmaya səbəb ola bilər“ - Coğrafiya İnstitutu
-
İcra başçısı özünə həsr olunan sənədli film çəkdirib? - VİDEO
-
Şəmkirin qaranlıq kəndlərində dolaşan “kabuslar“ - MƏHKƏMƏ
-
Azərbaycan və Somali arasında Memorandum imzalandı - Fotolar
-
Bəzi ərazilərdə leysan olacaq, dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTOLAR
-
Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Masallıda faciə
-
Almaniyadan Rusiyaya sərt xəbərdarlıq: Atəşkəs olmazsa, sanksiyalar başlayır
-
Şirvanda 13 hektar ərazinin zəbt edilməsi böyüyür - Başçı çətin durumda
-
Bu Komissiyanın tərkibi dəyişdi - SİYAHI
-
“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon
-
Prezident onu yenidən rektor təyin etdi - Sərəncam
-
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO
-
ABŞ vətəndaşlığı olan İsrailli girov nə vaxt azad ediləcək? - HƏMAS açıqladı
-
“Şərurlu İsfəndiyar” axtarışa verilə bilər - Sabah məhkəməsidir
-
Kurban Berdıyev Qurban Qurbanovun baş məşqçisi olacaq - FOTO
-
“Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq“ - Fəxrəddin Altun
-
Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb? - Məhkəməsi olacaq
-
Bakıda xəncər və bita ilə silahlanan gənclər, havaya açılan atəş - Kütləvi davanın təfərrüatı
-
Pekin və Vaşinqtondan böyük razılaşma: Gömrük rüsumları 100%-dən çox endirilir
-
28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət
-
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
-
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
-
Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu
-
Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər
-
Zaxarovadan şok iddia - Avropa liderləri narkotik istifadə edir? + VİDEO
-
“Yaşayış olan binamızda söküntü işləri gedir” - VİDEO
-
Nazir rəisi cəzalandırdı - Yerinə Əhmədovu təyin etdi
-
Rusyaya gedənlərə yeni maneə - 72 saat əvvəl bunu almalıdırar + VİDEO
-
Gecələr Bakını bir-birinə vuran motosikletçilərə - 15 sutka verildi
-
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
-
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
-
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - TƏFƏRRÜAT
-
Ötən həftə 16 azyaşlı xilas olunub - VİDEO
-
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
-
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
-
Tanınmış bloqerlərin reklam etdikləri şirkətə etibar etdilər, aldandılar - VİDEO
-
DTX xarici ölkələrdə əməliyyat keçirib - Axtarışda olan çoxlu sayda terrorçu həbs edildi
-
Külək Ağcabədidə mağarı uçurdu, toy yarıda qaldı - VİDEO
-
Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var - VİDEO
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
“Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır“ - Fidan
-
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar
-
İlham Əliyev Ağdamın Kəngərli kəndində - FOTOLAR
-
“Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir“ - Müdafiə Nazirliyi
-
Sabahdan başlayaraq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var“ - Ceyhun Bayramov
-
Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO
TOP 10
ARXİV