“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Şərurlu İsfəndiyar” axtarışa verilə bilər - Sabah məhkəməsidir

Tarix 12.05.25, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) sabah məhkəməyə gəlməsə, axtarışa verilə bilər.

Musavat.com xəbər verir ki, “Şərurlu İsfəndiyar”dan şikayət edən, hazırda həbsdə olan iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur. 

Onun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Şərurlu İsfəndiyar” müsahibələrinin birində Emil Səməndərovu “dələduz” adlandırmışdı. Barəsində məhkəmə hökmü çıxmadığı halda onun barəsində böhtan xarakterli məlumat yaydığı üçün Emil Səməndərov “Şərurlu İsfəndiyar”ı məhkəməyə verib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Məhkəmə iclası Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə İsfəndiyar Axundov təqsirləndirilən şəxs kimi tanınıb.

“Şərurlu İsfəndiyar” məhkəmə proseslərinə gəlmir. Onun vəkili də sonuncu prosesə gəlməmişdi. Sabah isə məhkəmənin növbəti iclası baş tutmalıdır.

Mayın 8-də keçirilən sonuncu məhkəmə iclasında Emil Səməndərovun müdafiəçisi Asim Abbasov vəsatətlə çıxış edərək İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsini istəyib və gələcəkdə məsuliyyətdən yayınmaq üçün ölkədən çıxma ehtimalını nəzərə alaraq, ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib.

Vəkil məcburi gətirilmə barədə vəsatəti bununla əsaslandırıb ki, təqsirləndirilən İsfəndiyar Axundovun məhkəmədə iştirak etməsi onun vəzifəsi olduğu halda, məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməkdən yayınıb.

Hakim bu vəsatəti baxılmamış saxlayıb. Lakin sabah baş tutacaq iclasda Şərurlu İsfəndiyar iştirak etməsə, onun axtarışa verilməsi və məcburi qaydada məhkəməyə gətirilməsi gözlənilir.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap