“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Lisenziyası ləğv edilmiş cərrahlar fəaliyyətini davam etdirə bilər - Vəkildən açıqlama

Tarix 18.04.25, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər veridiyimiz kimi, ötən gün faəliyyətinə icazə verilən plastik cərrahların siyahısı açıqlandı.

Plastik cərrahiyyə ilə məşğul olan həkimlərin sertfikasiyasının (lisenziyasının) yoxlanılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin, Elm və Təhsil Nazirliyinin və Baş Prokurorluğunun nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komisiyasının qərarı ilə bir sıra plastik cərrahlarının lisenziyası ləğv edildi.

Belə olan halda lisenziyası ləğv edilmiş cərrahların aqibəti necə olacaq? Onlar yenidə fəaliyyət göstərə biləcəklərmi? 

Açıklama yok.
Vəkil Asim Abbasov

Lent.az-ın bu suallarına vəkil Asim Abbasov aydınlıq gətirib: "İlk əvvəl qeyd edim ki, Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin, Elm və Təhsil Nazirliyinin və Baş Prokurorluğun nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının həkimlərin icazə sənədlərini ləğv etmək kimi bir səlahiyyətinin olması qanunvercilikdə nəzərdə tutulmayıb. Eyni zamanda sertifikasiya sənədinin vaxtından əvvəl ləğvi də qanunvericilikdə nəzərdə tutulmayıb.


Xüsusi Təftiş Komissiyasının qərarı ilə lisenziyası ləğv edilmiş həkimlərin həmin qərarı inzbati qaydada məhkəmədə mübahisələndirmək hüququ var. Qanunvericilik yaranmış mübahisəyə məhkəmə tərəfindən baxılıb yekun qərar qəbul edilənədək həkimlərin öz əmək fəaliyyətini davam etdirməsinə icazə verir. Belə ki, qanunvericiliyə görə həkimlərin məhkəmə mübahisəsinin gedişində öz fəaliyyətlərini davam etdirmək, yəni işləmək hüquq vardır.

Həkimlərin belə bir hüquqlarının olması qanunvericlikdə nəzərdə tutulmuş müvəqqəti xarakterli müdafiə tədbirinin mahiyyətinə uyğundur. Belə ki, lisenziyasının ləğv edilməsi barədə Xüsusi Təftiş Komissiyasının qərarını inzibati qaydada mübahisələndirmiş həkim eyni zamanda məhkəməyə Xüsusi Təftiş Komissiyasının qərarını icrasının dayandırılması, yəni öz əmək fəaliyyətinə davam etməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəyə müraciət edə bilər. Məhkəmə tərəfindən ərizə təmin edildikdə isə həkim öz əmək fəaliyyətinə davam edə bilər. Yəni bu halda lisenziyası ləğv edilmiş həkim cərrahi əməliyatlar həyata keçirə bilər".   



Xəbərin oxunma sayı : 964




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap