Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

KTN-də yarımçıq islahat: Fuad Sadıqov nazirin birinci müavini olmağa hazırlaşır?

Tarix 12.01.24, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


Məcnun Məmmədovun Kənd Təsərrüfatı Naziri təyin edilməsindən 10 ay keçməsinə baxmayaraq, qurumda ciddi islahatlara başlanılmayıb. 
 
AzFakt.com-un əldə etdiyi məlumata görə Məcnun Məmmədovun islahat planının işləməməsinə səbəb nazirliyin müxtəlif sahələrində illərlə kök salmış qruplaşmalardır.
 
Belə ki, Kənd Təsərrüfatı nazirliyinin tabeliyində fəaliyyət gösətərən bəzi təşkilatların rəhbərləri müxtəlif təzyiq vasitələri ilə naziri yeni qərarların qəbulunda onlarla hesablaşmağa vadar edir.
 
KTN-nin kluarlarında yayılan məlumata görə Məcnun Məmmədovun qərarlarına təsir edən məmurlardan biri də nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov olduğu iddia edilir. 

Açıklama yok.
 
Savadlı və iddialı məmur kimi xarakterizə edilən Fuad Sadıqovun hazırkı vəzifəsi ilə razılaşmadığı, KTN-də yaradılacağı gözlənilən birinci müavin postuna hazırlaşdığı da vurğulanır. 
 
Qeyd edək ki, Fuad Sadıqov 2009-2016-cı illərdə AzSığorta və Milli Depozit Mərkəzi QSC-lərdə İdarə Heyətinin sədr müavini, 2019-2020-ci illərdə isə Aqrolizinq ASC-də İdarə Heyəti Sədrinin müavini vəzifəsində olub.
 
Fuad Sadıqov 2020-ci ildən indəyək Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışır. 
 
Onu da qeyd edək ki, Aqrar Sığorta Fondu Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə yaradılıb.
 
Fondun yaradılmasında əsas məqsəd kənd təsərrüfatı sahəsində çalışan insanlara dəstək olsa da, qurum ötən illər ərzində özünü doğrultmadığı söylənilir.



Xəbərin oxunma sayı : 1576




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap