“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kirayə mənzil bazarında qıtlıq yaranacaq - Qiymətlər artacaq

Tarix 06.08.25, 19:01

Font ölçüsü : - / +
bitmap-img6


Hər ilin avqust ayından başlayaraq sentyabr ayının birinci yarısına qədər tələbələrin Bakıya gəlməsi səbəbindən şəhərdə kirayə mənzil bazarında mənzil qıtlığı və qiymət artımı baş verir.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, son illər kirayə mənzil bazarında qiymət artımı daha çox müşahidə olunur. Ekspertin fikrincə, tələbələrin gəlməsi ilə yanaşı kirayə mənzil bazarında qiymət artımlarının bir neçə səbəbi var: "Əsas səbəblərdən biri Bakıda aparılan söküntülərdir. Çox sayda yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsi həmin sakinlərin kirayə mənzil bazarına üz tutmasına gətirib çıxarır və həmin insanlar uzunmüddətli kirayəyə çıxmağa məcbur olublar”.

Mütəxəssis qeyd edib ki, digər tərəfdən sökülən binaların yerində inşa olunan yeni tikililərdə kirayə qiymətləri köhnə tikili binalardakı qiymətlərdən iki dəfə baha qiymətə təklif olunur: "Başqa bir məsələ isə kirayə qiymətləri mənzillərin satış qiymətləri ilə əlaqədardır. Mənzillərin satış qiymətində artım baş verdikcə, kirayə qiymətlərində də artım baş verir”.



Xəbərin oxunma sayı : 199




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap