Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

Həsənov Baş İdarənin rəisi vəzifəsinə təsdiqləndi - Nazir əmr imzalayıb

Tarix 10.09.24, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə ay əvvəl yaradılan  Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi vəzifəsinə Həsənov Elmin Ağamusa oğlu təsdiqlənib.

Bununla bağlı Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb..

Xatırladaq  ki, "Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.

Dəyişikliyə əsasən, Bələdiyyələrlə İş Mərkəzi ləğv edilərək, yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb.

Bununla əlaqədar Rəhman Məmmədov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb.

Bələdiyyələrlə İş Baş İdarəsinin rəis əvəzi vəzifəsi isə həmin vaxtdan Elmin Həsənova həvalə edilmişdi.

O, bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini vəzifəsini tutub. 



Xəbərin oxunma sayı : 733




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap