“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır

Tarix 21.01.22, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan tarixində xeyriyyəçi kimi mühüm yer tutan Hacı Zeynalabdin Tağıyev kimi bir şəxsiyyətin Bakının mərkəzində abidəsinin qoyulması çox mühüm hadisədir.

“Bu təkcə Tağıyevin şəxsiyyətinə olan qiymət deyil, bütövlükdə Azərbaycan tarixinə verilən dəyərdir. Cənab Prezidentin Tağıyevin məhz xeyriyyəçi kimi tarixdə qaldığını ifadə etməsi müasir milyonçulara bir mesajdır. Tağıyev zəngin adam kimi ortaya çıxsa da, xalqımızın yaddaşında xeyriyyəçi kimi həkk olunub. Hətta bir çoxlarının Tağıyevi millət atası adlandırması təsadüfi deyil, çünki elə bir sahə yoxdur ki, orada onun izləri olmasın, təhsildən tutmuş mədəniyyətə, ictimai həyata qədər hər yerdən onun adı keçir. Xalq Tağıyevi zəngin, milyonçu olduğu üçün yox, məhz xeyriyyəçi olduğu, xalqın
balalarına can yandırdığı, onları oxutduğu üçün yaddaşında qoruyub saxlayıb. 
Yəni o öz qazancını, varidatını yalnız öz ailəsinin, ətrafının firavan yaşaması üçün xərcləmədi, öz pulunu xalq yolunda xərclədi. Cənab Prezident də nitqində məhz bu amilləri vurğulamaqla müasir milyonçulara da Hacı Zeynalabdin Tağıyevin yolu ilə getməyi tövsiyə etdi. İnsan tarixdə iki şeyə görə qala bilir - pis və yaxşı əməllərinə görə. Tağıyev yaxşı əməllərinə görə qalıb, bizim müasir milyonçular da tarixdən izlərinin silinməsini istəmirlərsə, Tağıyevin yolu ilə getməlidirlər. Tağıyevə Bakının mərkəzində milyonçu olduğuna görə deyil, xeyriyyəçi olduğuna görə abidə qoyulub. Xalqımızın da, dövlətin də müasir milyonçulardan gözləntiləri çoxdur. Onlar təkcə pul qazanmaq haqda düşünməməlidir. Müasir milyonçular Tağıyevdən örnək götürsələr indidən öz sabahlarını müəyyən etmiş olarlar. Yəni onlar da xalqın yaddaşında, tarixində qala bilərlər. Bu baxımdan, Prezidentin bu mühüm mesajı milyonçular üçün maraqlı olmalıdı. Prezident müasir milyonçulara tarixə düşməyin, xalqın yaddaşında qalmağın yolunu göstərdi.

Cavid Əliyev



Xəbərin oxunma sayı : 325




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap