“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Hüquq müdafiəçiləri prezidentə müraciət etdi - Şahnaz Bəylərqızı ilə bağlı

Tarix 08.02.25, 20:26

Font ölçüsü : - / +
bitmap-img6


Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət ediblər.

“Qafqazinfo” xəbər verir ki, hüquq müdafiəçiləri hazırda həbsdə olan jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağı xahiş ediblər.

Onlar Şahnaz Bəylərqızının səhhətində mövcud olan problemlərlə bağlı narahatlıq bildiriblər: 

“O, beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb. Hazırda da o, Kürdəxanı İstintaq Təcridxanasının tibbi hissəsində saxlanılır və həkim nəzarəti altındadır. Onu da qeyd edək ki, jurnalistin himayəsində iki azyaşlı övladı var”.

Hüquq müdafiəçiləri Prezident və Birinci Vitse Prezidentin onların müraciətinə dəfələrlə diqqətlə yanaşdıqlarını və humanist münasibətin şahidi olduqlarını qeyd ediblər:

“Sizdən jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına dəstək olmağınızı xahiş edirik”.

Qeyd edək ki, Şahnaz Bəylərqızı “Toplum TV”nin cinayət işi ilə bağlı qaçaqmalçılıq ittihamı ilə həbs edilib.



Xəbərin oxunma sayı : 817




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap