Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Gələn ildən etibarən bu evlərin və obyektlərin qiyməti ucuzlaşa bilər - Yeni güzəşt

Tarix 10.12.23, 17:54

Font ölçüsü : - / +
bitmap-img6


Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində bankların əmlak vergisindən azad edilməsi banklar tərəfindən hərrac vasitəsilə satışa çıxarılan mənzillərin və qeyri-yaşayış obyektlərinin ucuzlaşmasına səbəb ola bilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, dəyişikliyə əsasən, 2024-cü il yanvarın 1-dən etibarən banklar verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən əmlaklara görə həmin əmlakların balanslara götürdüyü təqvim ilindən başlayaraq, iki il müddətində əmlak vergisi ödəməkdən azaddırlar.

"Bəllidir ki, banklar kredit verən zaman girov olaraq əmlakları cəlb edirlər və kredit qaytarıla bilməyəndə həmin əmlaklar bankların balansına keçir. Mövcud qanunvericiliyə görə, banklar həmin əmlaka görə əmlak vergisi ödəyirdilər və həmin əmlakların, o cümlədən, evlərin və qeyri-yaşayış obyektlərinin xərci artırdı. Xərc artdığı üçün, banklar o əmlakları hərraca çıxaran zaman daha yüksək qiymətlə satmaq məcburiyyətində qalırdılar. Çünki həmin vergini xərcə daxil edirdilər və əmlakın qiymətinin üzərinə gəlirdilər.

Ancaq yeni qaydalara əsasən, həmin əmlaklar iki il müddətinə əmlak vergisindən azad ediləcəklər və nəticədə, bu, imkan verəcək ki, bankların hərrac vasitəsilə satdığı əmlakın, evlərin və obyektlərin qiymətləri nisbətən ucuzlaşsın.

Dəyişikliklər həmin əmlakların daha da ucuz təklif edilməsinə və vətəndaşlar tərəfindən alınmasına imkan verəcək. Bu baxımdan, gözlənti ondan ibarətdir ki, gələn ildən etibarən mənzil bazarında hərrac vasitəsilə satılan mənzillərin qiymətində azalmaları müşahidə edə bilərik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin dekabrın 5-də keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə bir sıra güzəştlər öz əksini tapıb. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.



Xəbərin oxunma sayı : 577




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap