“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Güclü maqnit qasırğası yeri vurdu - Xəbərdarlıq

Tarix 07.11.24, 10:43

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 7-də qırmızı səviyyəli maqnit qasırğasının Yer kürəsini vuracağı gözlənilir.

Musavat.com “Meteoagent”ə istinadən xəbər verir ki, bu güclü qasırğa insanların sağlamlığına və texnoloji avadanlıqların işinə mənfi təsir göstərə bilər.

Əsasən baş ağrısı, yuxu pozğunluğu və digər narahatlıqlara səbəb olan maqnit fırtınası, həmçinin rabitə vasitələrinin, peyklərin və mobil şəbəkələrin fəaliyyətində pozuntular yarada bilər.

Mütəxəssislər K-indeksinin 5-ə qədər yüksələcəyini və bu göstəricinin insan sağlamlığına mənfi təsir edən səviyyələrdən biri olduğunu qeyd edirlər. Beynəlxalq meteoroloji laboratoriyalar, o cümlədən NOAA və TESIS-in peyk sistemlərinə görə, çərşənbə axşamı baş verən mülayim maqnit qasırğası daha da güclənəcək. Bu geomaqnit aktivliyin cümə gününə qədər davam etməsi, daha sonra isə azalması gözlənilir.

Aparılan elmi araşdırmalar göstərir ki, maqnit qasırğaları olan günlərdə insanlar daha çox baş ağrısı, əsəbilik, konsentrasiya problemləri və yuxu pozğunluğundan əziyyət çəkir. Bioelektrik proseslərə təsiri səbəbindən maqnit qasırğası bədənin ümumi vəziyyətini və əhval-ruhiyyəni pozaraq, iş performansına da mənfi təsir göstərə bilər.

Güclü maqnit qasırğasına hazırlıq məqsədilə ekspertlər xüsusilə meteohəssas insanlara istirahətə və sağlamlıqlarına daha çox diqqət yetirməyi, mümkün qədər stressdən uzaq durmağı tövsiyə edir.

Qeyd edək ki, Azərbaycan Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Günəş-Yer Fizikası İnstitu da bununla bağlı məlumat yayıb. Bildirilir ki, qasırğa bu gün saat 06:00-da başlayıb və fasilələrlə saat 18-ə kimi davam edəcək.



Xəbərin oxunma sayı : 976




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap