“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Fərqində olmadan zəhər “yeyirsiniz“ - DİQQƏT

Tarix 23.06.24, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Günəşdən qoruyucu vasitələr yay aylarının vazkeçilməz məhsullarıdır. Ancaq mütəxəssislər bu məhsulların təhlükəli ola biləcəkləri barədə xəbərdarlıq edirlər.

AzFakt.com medicina.az-a istinadən xəbər verir ki, buna səbəb əksər günəşdən qoruyucu vasitələrin tərkibində titan dioksid adlı maddənin olmasıdır.

Titan dioksid toz halında olan metal birləşmədir. Ondan kosmetik məhsulların rəngini yaxşılaşdırmaq və onları daha parlaq etmək üçün istifadə olunur. Bundan əlavə, günəşdən qoruyucu vasitələrdə faydalı olan UV müqavimətinə malikdir.

Professor Dr. Keyt Uorriner bu maddənin təhlükəsini belə izah edib:

"Narahatlıq ondan ibarətdir ki, titan dioksid qəbul edildikdə - xüsusilə nanohissəciklər şəklində - hüceyrələrimizə daxil ola, hüceyrə zədələnməsinə səbəb olan radikallar istehsal edə və bu da xərçənglə nəticələnə bilər".

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi titan dioksidi "Qrup 2B kanserogen" kimi təsnif edir, yəni xərçəngə səbəb ola biləcəyi rəsmi şəkildə təsdiqlənib.
"The Wall Street Journal" bir araşdırmanın titan dioksid istehlakı ilə xərçəng riskini artıran bağırsaq iltihabı arasında potensial əlaqə tapdığını yazıb.

Bu cür tapıntılar istehlakçılar arasında narahatlıq yaradır.
Titan dioksid hissəciklərinin udulması aşağıdır. Bununla belə, onlar bədəndə toplana bilər. Fərqində olmadan titan dioksid istehlak etmək istəmirsinizsə, məhsulların etiketini oxumalı və tərkibində bu maddənin olduğu məhsullardan mümkün qədər uzaq durmalısınız.

Qeyd edək ki, bəhs edilən maddə müxtəlif növ konfetlər, saqqızlar, dondurulmuş pizza kimi hazır yeməklərdə də istifadə edilir.



Xəbərin oxunma sayı : 595




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap