Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Elektron siqaret çəkənlərə ciddi xəbərdarlıq – Təhlükəlidir

Tarix 26.03.24, 22:43

Font ölçüsü : - / +
bitmap-img6


25 yaşlı Cozef Lourens illərlə siqaret çəkməyin sağlamlığa ciddi fəsadları haqqında öz hekayəsini paylaşıb.

AzFakt.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Mirror” portalı məlumat yayıb.

Məlum olub ki, uzun müddət elektron siqaret çəkən Cozefin ciyərlərində dəlik aşkarlanıb.

Dörd illik aludəçiliyi nəticəsində ağciyəri ilə döş qəfəsi arasındakı boşluqda hava toplanması səbəbindən ağciyəri ciddi şəkildə zədələnib və həkimə müraciət etməyə məcbur olub. Cozef sosial media vasitəsilə təcrübələrini vurğulayaraq digər siqaret çəkənlərə siqaretlə bağlı risklər barədə xəbərdarlıq edib.

O qeyd edib ki, ona ağciyərinin deşilməsi diaqnozu qoyulub və tənəffüs problemi ilə əlaqədar təcili xəstəxanaya yerləşdirilməlidir. Xoşbəxtlikdən Cozefin vəziyyəti stabilləşib və ağciyəri tam itirilməyib. O, siqaret çəkənlərə öz sağlamlıqlarının qeydinə qalmağı və siqareti tərgitməyi ciddi şəkildə düşünməyi tövsiyə edib.

Xəbərdarlıq Britaniyanın Milli Sağlamlıq Xidmətinin (NHS) elektron siqaretlərin adi siqaretlərdən nisbətən daha az zərərli olduğunu tanıması ilə əlaqədardır.

Bununla belə, son tədqiqatlar elektron siqaretlər potensial təhlükələrə işarə edir. Məsələn, Böyük Britaniyada elektron siqaret istifadəçilərinin sayında artım qeydə alınıb və 25 yaşdan kiçik gənclər və hətta bu say 11-15 yaşlı yeniyetmələr də daxil olmaqla 4,5 milyon nəfərə çatıb.

Qeyd edək ki, alimlər elektron siqaretlərin adi siqaretlərdən az olsa da, sağlamlığa zərərli olduğunu bildirirlər. Tədqiqatlar xüsusilə gənclər arasında tənəffüs xəstəlikləri, ürək-damar problemləri və nikotin asılılığı risklərini göstərir.



Xəbərin oxunma sayı : 853




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap