Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Eldar Əzizovun adamının 6 milyonluq sifariş verdiyi sirli şirkət - “Xezer-Construction“ MMC

Tarix 08.08.24, 18:35

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC "Xezer-Construction" MMC ilə satınalma müqaviləsi bağalayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət Mərkəzi Nəbabat Bağının abadlaşdırılması işlərinin davam etdirilməsi ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 6 443 053,43 manatdır.  

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction" MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur. 

Açıq mənbələrdə "Xezer-Construction” MMC haqqında heç bir məlumat yoxdur. Şirkətin adicə veb-səhifəsi də yoxdur. Bununla belə, şirkət vaxtaşırı dövlət satınalmalarının qalibi olur. 

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin rəhbəri Abit Əliyevdir. Abit Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın adamı hesab edilir. 

Eldar Əzizov Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində işləyərkən də Abit Əliyev onun tabeliyində tikinti işləri ilə məşğul olub. 



Xəbərin oxunma sayı : 466




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap