Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Deputat AZAL-ı yıxıb-sürüdü: Cahangir Əsgərova heç kimin gücü çatmır

Tarix 04.07.22, 16:17

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, Türkiyədə 20 mindən çox azərbaycanlı tələbə təhsil alır. Hazırda yay tətilidir, lakin onlar Vətənə qayıda bilmir. Buna səbəb kimi təyyarə qiymətlərinin baha və quru sərhədlərinin bağlı olmasını göstərirlər.

Ötən həftə Naxçıvan Türkiyə arasında olan quru sərhədlərin bağlanması vəziyyəti daha da pisləşdirib. Hazırda tələbələrin evlərinə necə qayıdacaqları sual altındadır.

Yenipress.az xəbər verir ki, millət vəkili Aqil Abbas Bakupost.az-a bildirib ki, tələbələrin aqibətini düşünməli olan adamlar ayrı şeylər düşünürlər:

“Onları tələbə və onların aqibəti maraqlandırmır. Sərhədləri bağlayanları, təyyarə qiymətini fantastik şəkildə qaldıranları heç vaxt tələbə maraqlandırmayıb. Dəfələrlə parlamentdə bu məsələni qaldırmışıq, amma bizi eşidən yoxdur. Turizmin ən şıdırğı vaxtında bütün dünya quru yollarla hərəkət edir. Ötən həftə Naxçıvan-Türkiyə quru sərhədinin bağlanması, görünür, kimlərəsə sərf edir. Hər dəfə təklif olunur, amma AZAL qiymətləri endirmir. AZAL dövlət içində dövlətdir. Hökumətin və heç kimin AZAL-a gücü çatmır. O, ayrıca dövlətidir və özünün Prezidenti, sərəncamları, qanunları var. Görünən odur ki, tələbələr evlərinə qayıda bilməyəcəklər. Belə çıxır ki, Azərbaycanda söz sahibi Cahangir Əsgərovdur. Ona da heç kimin gücü çatmır”.



Xəbərin oxunma sayı : 520




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap