“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dünyada ən çox nefti olan ölkə təbii sərvətlərlə zəngin daha bir ərazini torpaqlarına qatdı - FOTO

Tarix 06.12.23, 19:12

Font ölçüsü : - / +
bitmap-img6


Venesuela Prezidenti Nikolas Maduro qonşu Qayananın qərb hissəsini - Essekibonu ölkənin 24-cü ştatı elan edib. O, Venesuela Milli Assambleyasını mübahisəli əraziləri qorumaq üçün qanun qəbul etməyə çağırıb. Yeni ştat Qayana-Essekibo adlandırılıb.

Nikolas Maduro ilhaq edilmiş ərazidə qaz, neft və faydalı qazıntıların istehsalı üçün lisenziya verən departamentlərin yaradılmasını təklif edib, delimitasiya olunmamış dənizdə fəaliyyət göstərən neft şirkətlərinə isə əməliyyatları başa çatdırmaq üçün üç ay vaxt verib.

Xatırladaq ki, dünyada ən çox nefti olan ölkə - Venesuelada dekabrın 4-də referendum keçirilib, nəticədə ölkə vətəndaşlarının təxminən 95%-i Essekibonun ölkəyə daxil edilməsinə səs verib. Mübahisəli ərazidə də zəngin neft və qaz yataqları var.

Qayana prezidenti İrfaan Əli Venesuelanın Essekibonu ilhaq etmək üçün referendum keçirdiyini bildirib.
Qeyd edək ki, bölgənin mülkiyyəti ilə bağlı mübahisə 19-cu əsrdən bəri davam edir. Venesuela və Qayana arasında münaqişə 2015-ci ildə Essekiboda zəngin neft və qaz yataqlarının aşkarlanmasından sonra kəskinləşib.




Xəbərin oxunma sayı : 982




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap