“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT

Tarix 14.07.25, 20:54

Font ölçüsü : - / +
bitmap-img6


7 il əvvəl bir məhkəmə işi ilə bağlı Nizami Rayon Məhkəməsinə getmişdim. Məhkəmədən çıxandan sonra həmkarlarla piyada metrostansiyaya tərəf getməyə başladıq. Yolda diqqətimi bir mənzərə çəkdi: Hasara alınmış yaşıllığın ətrafına böyük hərflərlə “Parkda abadlıq işləri aparılır. Müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazılmışdı. Həmin mənzərəni telefonla çəkərək feysbuk hesabımda paylaşdım. Qeyd olaraq da yazmışdım ki, abadlığın sonunu gözləyək. Yolda həmkarlarla söhbət edən zaman da bu “abadlığın” sonunun yaxşı olmayacağı barədə həmfikir olmuşduq. Elə də oldu...

AzFakt.com xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov "Yeni Müsavat"da yazdığı məqalədə qeyd edib.

Onun sözlərinə görə, illər keçdi, yaşıllıq ərazi “abadlaşdı”, amma insanlar üçün yox, sahibkar üçün. "Yaşıllıq ərazi “abadlaşıb”, park yox, restoran oldu. Yəqin ki, “parkda abadlıq işləri aparılır” deyəndə elə o vaxtdan restoranın adını - “Sherlock Park”ı nəzərdə tuturmuşlar. Amma bizim nəzərdə tutuduğumuz park, bu park deyildi...

Aydın məsələdir ki, illərdir Bakıda icra hakimiyyətlərinin, dövlət qurumlarının, sahibkarların danışdığı ən böyük yalanlardan biri budur: “Abadlıq işləri gedir. Narahatçılığa görə üzr istəyirik...”

Amma sonda baxırsan ki, üzrləri qəbahətlərindən böyükdür... Amma bu mənzərə bizləri narazı salsa da, məmurları və sahibkarları razı salır...", - deyə jurnalist bildirib.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 283




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap