“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Cənubi Koreya tarixində ən dağıdıcı meşə yanğını - 18 nəfər ölüb

Tarix 26.03.25, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi Koreyanı ölkə tarixində ən böyük meşə yanğınları bürüyüb, 18 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreyanın cənub-şərq bölgələri artıq beşinci gündür ki, irimiqyaslı meşə yanğınlarından əziyyət çəkir. Alov 17 min hektardan çox meşəni məhv edib, 209 yaşayış evi, sənaye binası və qədim Buddist ziyarətgahlarının yerində xarabalıqlar qoyub. Atəş altında qalan məbədlərdən biri 7-ci əsrdə tikilib.

Xəbər verilir ki, 18 nəfər təbii fəlakətin qurbanı olub, 1 nəfər itkin düşmüş hesab olunur. On zərərçəkmişə tibbi yardım lazım olub, onlardan ikisinin vəziyyəti ağırdır.

Səlahiyyətlilər bir neçə bölgədə evakuasiya elan edib. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş, təxminən 150 min insanın yaşadığı qədim Haxve kəndi də təhlükə altındadır.

Yanğının söndürülməsinə 3 mindən çox yanğınsöndürmə xidmətinin şəxsi heyəti, 5 minə yaxın hərbi qulluqçu, o cümlədən 146 helikopter səfərbər edilib. Zərər çəkmiş ərazilər “xüsusi fəlakət zonaları” kimi tanınıb ki, bu da əhaliyə yardımı daha tez təşkil etməyə imkan verəcək.

Yanğınlar martın 21-də başlayıb. Quru hava və güclü külək səbəbindən yanğın sürətlə meşəlik ərazilərə yayılıb.

Baş nazir, prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı Han Dok-su bunu Cənubi Koreya tarixində bu cür ən böyük təbii fəlakət adlandırıb.



Xəbərin oxunma sayı : 1612




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap