“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Blinkenlə Fidan arasında telefon danışığı - Suriya, Qəzza, Ukrayna və Cənubi Qafqaz müzakirə edilib

Tarix 01.12.24, 22:58

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ dövlət katibi Rntoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

"Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər telefon danışığı zamanı Suriya, Qəzza, Ukrayna və Cənubi Qafqazı müzakirə ediblər.

Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hər hansı inkişafa qarşı olduğunu və bu çərçivədə gərginliyin azaldılmasının tərəfdarı olduğunu bildirib. Nazir vurğulayıb ki, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi proses başa çatdırılmalıdır.

O, Türkiyənin özünə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə heç vaxt icazə verməyəcəyinə də diqqət çəkib.

Söhbət zamanı Ukrayna və Cənubi Qafqaz, eləcə də Qəzza zolağı ilə bağlı məsələlər də müzakirə olunub. Nazir Fidan bildirib ki, İsrail Livanda atəşkəsin daimi olmasını təmin etmək üçün verdiyi vədlərə əməl etməlidir. O bildirib ki, Qəzzada tezliklə atəşkəsin yaradılması və bölgəyə humanitar yardımların çatdırılması lazımdır.



Xəbərin oxunma sayı : 1105




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap