“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakının mərkəzində yarım milyona torpaq sahəsi satılır - VİDEO

Tarix 24.01.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Günümüzdə daşınmaz əmlak təkcə mülkiyyət yox, həm də investisiya alətidir. Ölkəmizdə torpaq sahələrinə qoyulan sərmayələri kifayət qədər gəlirli hesab etmək olar.

AzFakt.com Baku TV-yə istinadən xəbər verir ki, xüsusilə də əhalinin sayının artması, tikinti sektorunun genişlənməsi Bakı şəhərində boş torpaq sahələrinin get-gedə azalması ilə nəticələnir. Bu da qiymətlərin artmasını şərtləndirir.

Lakin müşahidələr onu göstərir ki, bahalaşma heç də bütün əraziləri əhatə etmir.

Bəs torpaq alqı-satqısından pul qazanmaq üçün hansı amilləri nəzərə almaq lazımdır?

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev deyir ki, 20 il əvvəllə müqayisə etsək, torpaq sahələrində qiymətlər 20 dəfədən çox artıb:

"Bu baxımdan vətəndaşlar çıxarışı olan torpaq sahələrinə yatırım edərlərsə, bu, onlara daha çox gəlir gətirmiş olar".

Ekspert çıxarışsız torpağa sərmayə qoymağı tövsiyə etmir. Onun sözlərinə görə, belə əmlaklardan nəinki gəlir əldə etmək, onları satmaq da çətindir. Hazırda Bakı və Abşeron ərazisində ən ucuz torpaq sahələrinə Atyalı qəsəbəsində rast gəlmək mümkündür. Burada torpağın bir sotunu 700 manata almaq olar. Ən yüksək qiymət isə Səbail rayonundadır.

Belə ki, Nizami küçəsinə yaxın yerləşən torpaq sahəsinin sotu 555 min manatdan satışa çıxarılıb. Ümumilikdə 9 sotdan ibarət olan əmlakın cəmi qiyməti 5 milyon manat təşkil edir.

Ətraflı süjetdə:







Xəbərin oxunma sayı : 889




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap