“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda yeni metro stansiyaları tikiləcək - 35,4 milyon manat ayrıldı

Tarix 22.07.25, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yeni metro stansiyalarının tikintisi üzrə layihələndirilmə işlərinə start verilir.

Trend-in məlumatına görə, Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B5−B8 stansiyaları üçün tunellərin və stansiyaların tikintisinin, Yaşıl və Qırmızı xətlərin ayrılması və eləcə də, "İçərişəhər” stansiyasında keçid kamerasının, geri dönüş tunelinin və yeraltı avtomobil dayanacağının tikintisi layihələndirilməsi üzrə işlər aparılacaq.

Belə ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

QSC sözügedən işlərin icrasını "Yüksel Proje" MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 35,4 milyon manat ödənilib.

"Bakı Metropoliteni”nin müqavilə bağladığı "Yüksel Proje" MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Ersen Mukremindir.



Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap