Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda maliyyə qurumlarının test edilməsi sektorda nəyi dəyişəcək? - ARAŞDIRMA

Tarix 23.02.24, 21:26

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən maliyyə qurumlarını test etməyə hazırlaşır.

Bu, qurumun İdarə Heyətinin təsdiqlədiyi ”Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası”nda öz əksini tapıb.

Bəs bu yenilik sektora nə verəcək? “Report” bu suala cavab tapmağa çalışıb.

Azərbaycandakı banklardan birinin İstehlakçıların Müraciət və Şikayətlərinin idarə edilməsi şöbəsinin müdiri, “Azərbaycan Banklar Assosiyası” İctimai Birliyinin eksperti Bəhruz Paşayev hesab edir ki, test məqsədli alış bank sektorunda məhsulların və xidmətlərin keyfiyyətini daha da yüksəldəcək:

“Banklar özləri də ara-sıra müşahidələr, telefon zəngləri həyata keçirərək, nəticələrə əsasən məhsul və xidmətlərini səviyyələrini davamlı yüksəldirlər. Bu qaydanın qəbul edilməsi ilə isə AMB də test edərək bank xidmətləri və məhsulları, müştərilərlə kommunikasiya sahəsində boşluqları üzə çıxaracaq və nəticələrin dəyərləndirilməsi yekunda istehlakçıların və investorların hüquqlarının qorunması məqsədilə yeni yanaşmalar, həll yolları ortaya qoyacaq, habelə maliyyə xidmətləri və məhsulları üzrə qanunvericilikdə dəyişiklik edilməsi zərurətinin öyrənilməsinə xidmət edəcək”.
Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova isə deyir ki, bu qayda AMB-yə maliyyə məhsulları və xidmətləri barədə obyektiv və qərəzsiz məlumat toplamağa, potensial problemləri müəyyən etməyə və uyğunsuzluqları aradan qaldırmaq üçün müvafiq tədbirlər görməyə imkan verəcək:

“Düşünmək lazım deyil ki, bu cür üsullar yalnız mənfi halların toplanılmasına xidmət edir. Bu yoxlama üsulu ilə əldə olunan məlumatlar sayəsində maliyyə məhsullarının və xidmətlərinin təkmilləşdirilməsi, optimallaşdırılması baş verəcək.

Vətəndaşlarımız ölkə qanunvericiliyinə uyğun olan məhsullardan və xidmətlərdən faydalana biləcək. Bu gün AMB beynəlxalq təcrübəyə əsaslanan, ən müasir üsullarla nəzarət həyata keçirdir. Maliyyə institutlarının fərqli sahələrlə bağlı indeksləşdirilməsi və bunların ictimaiyyətə açıqlanması artıq onları heç bir əlavə sanksiya olmadan daha yaxşı fəaliyyət göstərməyə təşviq edir”.

“Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası”ndakı metodları hər bir şirkət rəhbərliyi tətbiq edə bilər. Gizli alıcılarla məhsulların və xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi bazar araşdırması üsuludur”, - deyə P.Qasımova əlavə edib.



Xəbərin oxunma sayı : 562




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap