“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycan mediasını hədəfə alan İrana cavab: Bu, milyonlarla azərbaycanlının fikridir!

Tarix 02.04.23, 21:24

Font ölçüsü : - / +
bitmap-img6


İran Azərbaycanla münasibətlərində gərginliyin artmasında maraqlı görünür. Bu marağın arxasında isə heç şübhəsiz müstəqil Azərbaycanın mövcudiyyətinin qəbuledilməzliyi dayanır. Tehran müstəqil Azərbaycanı özünə təhlükə hesab edir. Hər nə qədər dini amildən istifadə edib Azərbaycana qarşı "qardaş münasibəti” sərgilədiyini iddia etsə də, İranın addımları bunun əksini göstərir.

44 günlük müharibə zamanı Ermənistana yardımlar, müharibədən sonra Azərbaycanın bölgədə möhkəmlənməsinə əngəl törədilməsi istiqamətində atılan addımlar, nəhayət Tehranda Azərbaycan səfirliyinə hücum və deputat Fazil Mustafaya qarşı terror aktı İranın iddia etdiyi "qardaş münasibətə” uyğun gəlmir.

Müşahidələr göstərir ki, bütün bunlar İran üçün kifayət deyil. Tehran hər dəfə bir bəhanə ilə Azərbaycana diş qıcamaqda davam edir və rəsmi Bakının təmkinli davranışına rəğmən özünü cığal uşaq kimi aparır.

Aprelin 1-də İranın Azərbaycana etiraz notası verməsi cığal davranışın növbəti təzahürüdür. Etiraz notasında Azərbaycan mediası hədəf alınıb. İran Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını bildirib.

"İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”, deyə etiraz notasında qeyd edilir.

Əvvəla, şənbə günü nota təqdim edilməsi başa düşülmür. Diplomatik notalar protokola uyğun olaraq həftənin iş günləri göndərilir. 

Bundan əlavə, Azərbaycanın İrandakı səfirliyi işləmir. Bu halda notanın necə göndərildiyi maraqlıdır. 

Əslində Azərbaycan mediasında İran haqqında dərc edilən yazılar və buna etiraz bəhanədir. Azərbaycan mediasında İran haqqında dərc edilən tənqidi materiallar Tehranın atdığı addımlardan doğur. Yoxsa Azərbaycan mediasının İrana hər hansı xüsusi qərəzi yoxdur. 

Digər tərəfdən, bu yazılar Azərbaycan xalqının İrana münasibəti ilə üst-üstə düşür. Yəni, mediada dərc edilən materiallar Azərbaycan xalqının İranla bağlı mövqeyini əks etdirir. Bu halda İran etiraz notası təqdim etməkdənsə, bütöv bir xalqın ona mənfi münasibətinin səbəbləri barədə düşünməlidir.

Biz hələ İran mediasının Azərbaycanla bağlı təhqiramiz materiallarından danışmırıq. Azərbaycana qarşı təhqir siyasəti yürüdən İran media qurumları mövcud teokratik rejimin nəzarətindədir. Bu isə o deməkdir ki, həmin media qurumlarında yayımlanan materiallar İranın Azərbaycanla bağlı rəsmi mövqeyini əks etdirir. 

O zaman Azərbaycan mediası nədən susmalıdır? İran nəhayət anlamalıdır ki, müstəqil Azərbaycana qarşı yürütdüyü siyasətin qarşılığı hər müstəvidə, o cümlədən media müstəvisində də veriləcək.



Xəbərin oxunma sayı : 424




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap