![]() |
|














Arvadına zəng edən qonşusunu öldürdü – ŞOK TƏFƏRRÜAT
Tarix 31.08.23, 15:40 |
|

Neftçala rayonunda 1982-ci il təvəllüdlü Elman 1989-cu il təvəllüdlü qonşusu Telmanı (adlar şərti verilib – red.) qətlə yetirib.
Elman 21 iyul 2021-ci ildə evində olarkən arvadı Səbinənin mobil nömrəsinə qonşu Telmandan 4 zəng gəldiyini aşkar edib.
Bu zəmində Səbinə ilə mübahisə zamanı həyat yoldaşını Telmanın əvvəllər də telefon zəngləri ilə narahat etdiyini, valideynlərinə bu haqda xəbərdarlıq edilməsinə baxmayaraq yenidən zənglər edib, narahatlıq yaratmasından qəzəblənib. Qisas niyyəti ilə Telmanı öldürmək qərarına gəlib.
Elman yaşadığı evdən bıçaq götürüb və iyulun 22-də saat 06.30-da Teımanın yaşadığı evin həyətinə gəlib. Arvadına zənglər edərək ailəsində ciddi narazılıq yaratdığı üçün Telmana irad bildirib. Onlar əlbəyaxa olublar, bir-birlərinə yumruq zərbələri vurublar. Sonra Telmanın bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq onu qətlə yetirib.
İstintaq orqanı tərəfindən Elmanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Narahat etdiyini dedi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, arvadı və uşaqları ilə Neftçala rayonunun kəndində, Telmanın atası Mehdi və anası Sevilin qonşuluğunda yaşayıb: "20 iyul 2021-ci ildə gecə saat 2 radələrində evdə olduğum zaman arvadımın mobil nömrəsinə Telmanın nömrəsindən zənglər olunduğunu, lakin nömrə bloka salındığından telefon çağırmadığını gördüm.
Arvadımdan nəyə görə ona zənglər olunduğunu soruşdum. O da Telmanın dəfələrlə zəng edərək narahat elədiyini, buna görə nömrəsini bloka saldığını dedi”.
“Nə üçün arvadıma zəng etdiyini soruşdum”
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 22-də, səhər saat 06.30-da Telmanın atası Mehdiyə zəng edib, ondan evdə olub -olmadığını soruşub: “Mehdi də evdə olduğunu, heyvanları sahəyə aparacağını dedi. Mehdiyə evdə olmasını, oraya gələcəyimi söylədim. Özümün və arvadımın telefonunu Telmana göstərmək üçün oraya getdim.
Niyyətim Telmanın səhvini boynuna qoymaq, əks halda ona bıçaqla xəsarət yetirmək idi. Telman idmançı olduğundan məni döyəcəyindən ehtiyatlandım, evdən suviner bıçağını özümlə götürdüm. Bıçağı şalvarımın qayışı altına qoydum. Telmangilin darvazasından həyətə girdim.
Telmanın atası Mehdi və anası Sevil də həyətdəydilər. Mehdidən oğlunu çağırmağı xahiş etdim. Mehdi onun yatdığını dedi. Sonra Mehdi arvadına Telmanı çağırmağı xahiş etdi.
Telman həyətə düşdü, yanımıza gələrək salamlaşdı. Ondan nə üçün arvadımın nömrəsinə 4 dəfə zəng etdiyini soruşduqda bunu boynuna almadı. Arvadımın telefonunda Telmanın zənglərini ona göstərdim. Həmin vaxt Mehdi və Sevil də oradaydılar. Telman heç bir tutarlı cavab vermədi, zəng etdiyini inkar eləməyə başladı. Onun məndən üzr istəmədiyini, yalan danışdığını gördüm. Buna görə sifətinin sol nahiyəsinə yumruq vurdum. Telman da mənə yumruq vurmaq istəyəndə kənara çəkildim. Yumruq mənə dəymədi.
Telmanın məni döymək istədiyini gördüm və üzərimdə olan bıçağı çıxardım. Telman həyət darvazasından küçəyə çıxmaq istədi və bu səbəbdən həyət darvazasına tərəf qaçdı. Bu zaman onun ayağından bıçaqla xəsarət yetirmək istədim. Telman qapının açılmadığını gördü və mənə tərəf çevrildi, təpik atdı. Bu zaman əlimdəki bıçaq Telmanın sol döş nahiyəsinə dəydi, 2-ci bıçaq zərbəsini onun ayağına vurdum”.
“Anası Telmanının boynunu qucaqladı, atası isə...”
Elman deyib ki, qətl niyyəti olmayıb: “Telman həyət darvazasından 3-4 metr küçəyə tərəf gedərək yerə yıxıldı. Həmin vaxt Sevil oğlu Telmana tərəf küçəyə qaçdı, onun boynunu qucaqladı. Mehdi isə mənim boynumu qucaqladı, oğlunun etdiyi hərəkətə görə üzr istədi. Bıçağı onların həyətlərində stolun yanına atdım. Sonra oradan çıxdım və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, Telmanı bıçaqla vurduğumu, polisə təslim olmaq istədiyimi dedim.
Evə getdim, ailə üzvlərimlə sağollaşdım. Neftçala rayon polis şöbəsi istiqamətində piyada getməyə başladım. Bankə körpüsünün üstündə olanda sahə rəisinin avtomobillə hərəkət etdiyini gördüm. Saxla işarəsi verdim, o da avtomobili saxladı. Məndən nə baş verdiyini soruşdu. Qonşum Telmana bıçaqla xəsarət yetridiyimi dedim. Polis şöbəsində isə Telmanın xəstəxanaya aparıldığını, orada öldüyünü eşitdim”.
“Ocağımı söndürdürdün...”
İş üzrə zərərçəkmiş Telmanın hüquqi varisi qismində çıxış edən atası Mehdi ifadəsində bildirib ki, səhər saatlarında Elman onlara gəlib, Telmanın onun arvadına zəng etdiyini deyib, daha sonra münaqişə yararadaraq bıçaqla oğluna zərbələr vurub: “Elman bıçaqla oğlumun sinə nahiyəsinə vurdu. Oğlum sinəsini tutaraq yerə oturdu, sonra isə həyət darvazasını açaraq küçəyə çıxdı.
Mən Elmana tərəf gəldim və ondan nə etdiyini soruşdum. Elman mənə “Mehdi dayı” deyərək müraciət etdi, balalarının yetim qaldığını söylədi. Mən də ocağımı söndürdüyünü dedim.
Elman çıxıb getdi. Telman küçədə yerə uzanmışdı, arvadım isə onun boynunu qucaqlamışdı. Əmim oğluna zəng vurdum, avtomobil ilə təcili bizə gəlməsini xahiş etdim. Telmanı avtomobilə qoyub Neftçala rayon xəstəxanasına apardıq. Ona tibbi yardım göstərilsə də xəstəxanada öldü”.
“Oğlumu danladım”
Şahid qismində ifadə verən qətlə yetirilən Telmanın anası Sevilin sözlərinə görə, qonşuları Elman və onun ailəsi ilə münasibətləri yaxşı olub: “Elman və arvadı Səbinə bizə tez -tez gəlib-gediblər. Hadisədən xeyli əvvəllər Səbinə gələrək oğlum Telmanın ona zənglər etdiyini bildirdi, bu barədə tədbir görməyimi xahiş elədi. Mən də oğlumu danladım, Səbinəyə bir daha zəng etməməyi tapşırdım. Bundan sonra oğlumun Səbinəyə zəng edib-etməmsindən xəbərim olmayıb.
Hadisə günü səhər saat 06.30-da ərim Mehdi ilə həyətdə olduğumuz zaman Elman ona zəng etdi. Təxminən 5-6 dəqiqə sonra Elman həyət darvazalarından içəri girdi, mənimlə və Mehdi ilə hal-əhval etdi. Sonra oğlum Telmanın evdə olub-olmadığını soruşdu. Telmanın evdə olduğunu, yatdığını dedik. Mən Telmanı oyatdım, o da əyinini geyinərək həyətə düşdü, Elmanla görüşdü.
Elman Telmandan nə üçün arvadı Səbinənin telefonuna zəng etdiyini soruşdu. Oğlum Səbinənin telefonuna zəng etmədiyini dedi. Bu zaman Elman əsəbi halda stuldan qalxdı, Telmanın sifətinə yumruq vurdu. Telman da Elmana yumruq atdı.
Mən həyacanlanaraq qorxdum və “nolub Elman, nolub Elman” deyə qışqırdım. Bu zaman Elman bel kəmərinə taxdığı bıçağı çıxardı, Telmanın arxa bud nahiyəsinə vurdu. Telman həyət darvazasına tərəf qaçdı, darvazanı açıb küçəyə qaçmaq istədi. Darvazanın cəftəsi bağlı oldu, darvaza açılmadı.
Telman çevriləndə Elman bıçaqla onun sinə nahiyəsinə vurdu. Telman sinəsini tutaraq yerə oturdu. Sonra isə həyət darvazasını açaraq küçəyə çıxdı, küçədə yerə yıxıldı.
Telmanın boynunu qucaqladım, onun sinəsindən və bədənin arxa nahiyəsindən qan gəldi. Elman əlindəki bıçağı həyətdə ataraq getdi”.
“Məndən xoşu gəldiyini dedi”
İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin həyat yoldaşı Səbinənin sözlərinə görə, qonşuluqda yaşayan Mehdi və Sevilgilə gediş-gəlişləri olub, xeyir-şər məclislərində iştirak ediblər:
"Təxminən 2021-ci ilin fevralında Telmanın istifadəsində olan nömrədən mənə zəng gəldi. Telman mənə bacısı Xumarın telefonundan nömrəmi götürdüyünü, qonşuluqda olan Sara adlı qadınla tanış olmaq istədiyini, bu işdə ona kömək etməyimi xahiş elədi. Telmana Saranın ağıllı qadın olduğunu, onunla danışmayacağını dedim. Lakin Telman əl çəkmədi, istifadəmdə olan nömrəyə dəfələrlə zəng etməyə başladı. Hətta zəng edrək məndən də xoşu gəldiyini, mənimlə görüşmək istədiyini dedi.
Bundan əsəbləşdim və Telmanın anası Sevilə oğlunun hərəkətlərindən şikayət etdim. Telmanın zəng edərək məni bezdirdiyini dedim”.
“Ərimə yalvardım”
Səbinə qeyd edib ki, əri Elman evdən gedəndən sonra Telman öz nömrəsindən onun nömrəsini yığıb və onu narahat edib: “Mən də əsəbləşdim və Telmanın nömrəsini bloka saldım. Amma mənə etdiyi zəngin qeydiyyatı telefonumda qalmışdı.
Elman evdə olanda telefonumu götürərək zənglərə, vatsap proqramında mesajlara baxdı. İyulun 21-də telefonuma baxanda Telmandan zəng gəldiyini gördü. Məndən zəngin səbəbini soruşdu. Mən də məcbur qalaraq dəfələrlə onun zəng etdiyini, nömrəsini bloka saldığımı dedim.
Ərimə Telmanla heç bir münasibətim olmadığını, Telmanın sadəcə zənglər etdiyini bildirdim. Elman gecəylə Telmangilə gedərək nə üçün zəng etməyi ilə bağlı onu sorğu-suala çəkəcəyini söylədi. Ərimə yalvardım, indi axşam olduğunu, səhər məsələni araşdırmağı məsləhət gördüm. Elman mənim narahat olduğumu gördü, bu məsələni unutduğunu dedi”.
“Öldüyünü bildim”
Səbinə qeyd edib ki, saat 6 radələrində həyət darvazasının açıldığı səsini eşidib: “Mən də oyandım və otaqları axtardım. Elmanın evdə olmadığını gördüm.
Elman 30-40 dəqiqə sonra geri qayıtdı. Uşaqların otağına daxil oldu, onların alnından öpdü. Sonra hər şeyin qaydasında olduğunu dedi və küçəyə çıxdı. Mən nə baş verdiyini əvvəlcə anlamadım. Sonra Elmanın Telmanı bıçaqla vurduğunu, polisə təslm olduğunu, Telmanın isə xəstəxanada öldüyünü bildim”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Elman 15 il müddətinə azadlıqdan məhrum edilib. //Teleqraf.com//
Xəbərin oxunma sayı : 1120
Kriminal
Xəbərlər
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezidentdən mesaj
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
“Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır“ - Fidan
-
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar
-
İlham Əliyev Ağdamın Kəngərli kəndində - FOTOLAR
-
“Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir“ - Müdafiə Nazirliyi
-
Sabahdan başlayaraq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var“ - Ceyhun Bayramov
-
Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO
-
Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur
-
Üç gömrük işçisinin məxfi yazışmaları - Rüşvət çarxı necə fırlanıb? + FOTOLAR
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO
-
Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil - Ağ Ev
-
Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO
-
Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? - VİDEO
-
Prezidentlə xanımından səmimi görüntülər - VİDEO
-
Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir
-
Dünyanın ən məşhur avtomobil markaları açıqlandı - SİYAHI
-
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində - VİDEO
-
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma başladı + Video
-
“Tramp bunun üçün hərbi gücdən istifadə edə bilər...“ - Stiven Uitkoff
-
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub - FOTOLAR
-
Nərimanov rayonunda yerləşən “Şəki” restoranı sökülür - VİDEO
-
Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?
-
Qısqandığı qadının üzünü dişlədi - Cəza verildi
-
Naxçıvanda orta məktəbdə bıçaqlanma - Yaralı var
-
İlham Əliyev “Xocalı” yarımstansiyasının açılışında iştirak etdi - Fotolar
-
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub - FOTO
-
Tramp və Putin bir-birini təbrik edib - Köməkçiləri vasitəsilə
-
İlham Əliyev Xocalıda da açılışa qatıldı - FOTOLAR
-
Prezident və birinci xanım Şuşa səfər edib - FOTOLAR
-
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
-
Macarıstanın Ukraynada casusluq fəaliyyəti ifşa olundu - iki agent həbs olundu
-
PKK-nın tərkisilah olaraq özünü ləğv etməsi gözlənilir - KİV
-
Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
-
“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq - “Marca”
-
Masallıda ağır qəza - 2-si uşaq olmaqla 3 nəfər ölüb
-
770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
-
Sığorta şirkətlərinin səhlənkarlığı - 50 manatınızın başı ağrıyır
-
DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub - FOTOLAR
-
Azərbaycanda məşhur tikinti şirkəti bağlanır, əməkdaşları işdən çıxarılır
-
Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu - “Baku Oksford Məktəbi“ ilə bağlı
-
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi - VİDEO
-
Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq - Paşinyan
-
Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu təyin etdi
-
İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
-
“Bitcoin“in qiyməti 103 min dolları ötüb - Kriptovalyuta bazarının son göstəriciləri
-
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 “dostu“
-
Azərbaycan hərbçiləri paradda keçid etdi - VİDEO
-
İllik təhsil xərci 9 min manat oldu - baş nazirin qərarının şifrələri
-
Prezident və birinci xanım onların xatirəsini andı - FOTOLAR
-
Evlərin qiyməti kəskin bahalaşacaq - Ekspertlərdən AÇIQLAMA
-
Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Bir şagirdin “Son zəng“ xərci nə qədərdir? - AÇIQLAMA
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi -FOTOLAR
-
Atəşkəs olmasa, əlavə sanksiyalar tətbiq edəcəyik - Tramp
-
Çempionlar Liqası:İngiltərənin 6 klubu olacaq
-
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO
-
Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
-
“Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk“ - Pakistanın daimi nümayəndəsi
-
Azərbaycan və Vyetnam arasında əsas perspektivli istiqamətlərindən biri turizmdir
-
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı
-
Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddur
-
Siyasi-iqtisadi-ticari əlaqələrə, humanitar və mədəni mübadiləyə yeni töhfə
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
Azərbaycan və Vyetnam arasında əməkdaşlığın inkişafı möhkəm təmələ çevrilib
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
TOP 10
ARXİV