“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

ADY-nın bahalı “sürət qatarı” - 3 saatlıq yolu 8 saata gedir...

Tarix 15.01.25, 21:13

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən yenicə istifadəyə verilən Bakı-Balakən qatarı xidmətə başladığı gündən tənqid edilir.

Vətəndaşların ən çox narazı qaldığı əsas məsələlər sürət qatarının 3 saatlıq yolu mənzil başına 8 saata çatması və biletlərin olduqca bahalığıdır. 

AzFakt.com-un məlumatına görə, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov Demokrat.az-a deyir ki, burada qiymətlər xeyli aşağı olmalıdır:



"Azərbaycan varlı ölkədir. Optimal olaraq 1 adama maksimum 10 manat nəzərdə tutulmalıdır. Bir çox ölkələrdə qatarla səyahət etmişəm. Hətta, çox kasıb olan Şri-Lankada 2 dəfə daha çox olan məsafəyə biletlər daha ucuz satılır. Səfalət içində olan Hindistanda belə biletlər Azərbaycandan qat-qat ucuzdur. Sürət qatarı böyük sürətlə hərəkət etməlidir, hər yerdə dayanmamalıdır. Ən əsası da istehlakçılar xidmətdən razı qalmalıdırlar. Dəmiryolları ilə bağlı mənə istehlakçılardan müraciətlər daxil olur. Qatardakı servis vəziyyəti və qiymətlər onları ciddi narahat edir. Düşünürəm ki, Azərbaycan kimi varlı ölkəyə bu cür qiymətlər və çpx aşağı olan sürət yaraşmır". 

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, Avropa ölkələrində qatarla gediş qiymətləri digər nəqliyyat vasitələrinə nisbətən ucuzdur:



"Bunu manatla hesabladığımız zaman bizimlə eyni qiymətə başa gəlir. Hətta bir az daha bahadır deyə bilərik. Bizim sürət qatarında standart yer 1 nəfər üçün gediş-gəliş 40 manat təşkil edir. Deyə bilərik ki, bu qiymət həmin nəqliyyat vasitəsinin maya dəyərini nəzərə alaraq təyin olunub. Qatarın xaricdən gətirilməsini və istismarına sərf olunan vəsaiti nəzərə almaq lazımdır. Biznes baxımından qiymətlər başa düşüləndir. Çəkilən xərclər bu cür çıxarılmalıdır.

Ancaq Azərbaycanda insanların gəliri aşağıdır. Avropa ilə müqayisə etsək, onların maaşlarının da qat-qat çox olmasını vurğulamaq lazımdır. Əsas problem budur. Həll yollarından biri dövlətin xərcləri öz büdcəsindən ödəməsidir. Dövlət şirkətlərində isə yeyinti baş verir. Dövlət şirkətləri öz xərclərini gəlirləri hesabına bağlaya bilmirlər".



Xəbərin oxunma sayı : 1138




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap