“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Abşeron rayon Qobu qəsəbəsində sənədsiz evlər inşa edilir - FOTOLAR

Tarix 13.08.25, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Qanunsuz tikintini Elşən adlı maklerin aparır

Zibilliklərin üstündə inşa edilən yaşayış evlərinin tikinti normativlərinə cavab vermədiyi bildirilir

Son illər ölkədə qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən görülən tədbirlərə baxmayaraq, hələ də bu işlərlə məşğul olan şəbəkələr fəaliyyətlərini davam etdirirlər.

Qanunsuz həyət evlərinin gizli tikintisinin yayıldığı ərazilərdən biridə Abşeron rayonudur. 

AzFakt.com xəbər verir ki, Abşeron rayonu Qobu qəsəbəsi hazırda heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi aparılır. Hətta tikinti aparılan ərazinin yanında yerləşən dərə zibillərlə doldurularaq, gələcəkdə üstündə qanunsuz həyət evlərinin inşası nəzərdə tutulur.  

Saytımıza daxil olan məlumata görə, Qobu qəsəbəsində inşa edilən həyət evlərinin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi yoxdur. Qanunsuz tikintini isə Elşən adlı makler həyata keçirir. Bildirilir ki, inşa edilən evlərin torpaq çıxarışı olsada, tikinti üçün rəsmi icazə yoxdur. Buna baxmayaraq Elşən adlı makler Abşeron rayon İcra Hakimiyyəti ilə “anlaşaraq” tiknti işlərini davam etdirir. Ərazidə tikilən evlər ilkin ödəniş ödənilmək şərtilə kreditə verilir. 

Məlumata görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ərazidəki tikintilərdən xəbərsizdir. 

Yazıda adı keçən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 322




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap