Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Ağ Evdə gerisayım başladı: ABŞ hökuməti fəaliyyətini dayandıra bilər

Tarix 30.09.23, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


Ağ Evin Mətbuat Xidməti ABŞ federal hökumətinin öz fəaliyyətini dayandırması ehtimalından bir gün əvvəl “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) bu anın yaxınlaşması barədə hər saat məlumat verməyə başlayıb.

ABŞ administrasiyası baş verə biləcək hala görə Nümayəndələr Palatasına nəzarət edən respublikaçıları günahlandırır. Sonuncular isə yalnız dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılması halında hökumətin maliyyələşdirilməsinin uzadılmasını təsdiqləməyə razılaşırlar.

Qeyd edək ki, ABŞ-də cari maliyyə ili Bakı vaxtilə bazar günü 08:00-da bitəcək. Hökumətin bağlanmasının qarşısını almaq üçün Konqres həmin vaxtadək prezident Co Baydenin imzalayacağı maliyyələşməni uzatma təşəbbüsünü qəbul etməlidir.
Hökumətin öz işini dayandırması maaşların ödənilməməsinə, məcburi ödənişsiz məzuniyyətlərə və yüz minlərlə dövlət qulluqçusunun işdən çıxarılmasına, eləcə də bir çox dövlət proqramlarının dayandırılmasına səbəb ola bilər. Hazırda heç bir qanunvericilik palatası hökumətin maliyyələşdirmə müddətinin uzadılmasını təsdiq etməyib.

Mənbə: TASS



Xəbərin oxunma sayı : 1063




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap